Məhkəmə qərarları › İş №3(067)-1834/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1834/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1834/2025 15.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Padar kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Xaçmaz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, xx.xx.2025-ci il tarixdə 15:00 radələrində YPX və PPXB əməkdaşlarının qanuni əmrinə tabe olmayaraq və Xaçmaz şəhəri, Köhnə Avtovaqzalda ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında Xaçmaz RPŞ-nin nümayəndəsi izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ-nin DYP-nin baş inspektoru, Şahid1 raportu icraatına daxil olmuşdur. Raportda göstirlmişdir ki, Şahid1 Xaçmaz şəhəri, Bakı prospektində xidmətdə olduğu zaman bir nəfər şəxsin idarə etdiyi VAZ 2106 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən dönmə işığını yandırmadığına görə polis əməkdaşları saxla işarəsi vermiş, lakin vətəndaş buna məhəl qoymayaraq yolunu davam etmişdir. Xaçmaz şəhər köhnə avtovağzal deyilən ərazidə polis əməkdaşları vətəndaşı saxlamışlar. Həmin vaxt polis əməkdaşları vətəndaşa özünü təqdim etdikdə vətəndaş sərt şəkildə cavab vermiş və özünü təqdim etməkdən imtina etmişdir. Şəxs mübahisə yaradaraq ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Yol polisi əməkdaşları tərəfindən PPX-nin polis əməkdaşları hadisə yerinə dəvət edilmişdir. PPX-nin polis əməkdaşları vətəndaşı Polis Şöbəsinə getmək üçün xidməti avtomobilə əyləşməyə dəvət edəndə Şəxs polisin xidməti avtomobilinə əyləşməkdən imtina etmişdir. Vətəndaş polis şöbəsinə gətirilərək şəxsiyyəti müəyyən edilmiş, onun sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə etdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda vətəndaşın barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. O, inzibati xəta haqqında protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs izahat verərək qeyd olunan maddə ilə özünü qismən təqsirli bilmişdir. Belə ki, avtovağzalın ərazisində YPX-nin avtomobilini görüb dönmə işığını yandırıb avtovağzal ərazisində saxlamışdır. YPX-nin polis əməkdaşı ardınca hərəkət edərək dayanmışdır. Daha sonra avtomobildən düşərək ona yaxınlaşıb özünü təqdim etdikdən sonra ondan sənəd tələb etmiş, o, polis əməkdaşından qayda pozuntusunun səbəbini soruşduqda dönmə işığını yandırmadığını demişdir. O, polis əməkdaşına cavab verərək, “Lukoil” yanacaq doldurma məntəqəsində müşahidə kameralarından görüntü əldə edə bilər ki, o, dönmə işığını yandırmışdır. Əgər özlərində sübut varsa təqdim etsinlər. O, da polis əməkdaşlarına ad, soyadını bundan sonra təqdim edər. Bu səbəbdən aralarında kiçik mübahisə yaranmış, polis əməkdaşı PPX-ni çağırmışdır. PPX-nin əməkdaşları gələndə o, telefonla danışmış, polis əməkdaşı onu xidməti avtomobilə əyləşməyə dəvət edərkən Polis əməkdaşına gözləməsini bildirmişdir. Lakin polis əməkdaşı qoluna əl ataraq avtomobilə əyləşdirərək polis şöbəsinə aparılmışdır. Eyni zamanda o, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməmişdir və özü ibadət edir, söyüş söymək kimi vərdişi yoxdur. X2 heç bir təzyiq göstərilməmişdir. Əməlindən peşmandır, uşağı xəstədir, onun sənədlərinin bu gün Bakıya aparmalı olmuşdur. O, qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 izahat verərək bildirmişdir ki, sürücü yol hərəkəti qaydalarının tələbini pozaraq dönmə işığını yandırmadan hərəkət etdiyi üçün ona dayanma işarəsi versə də avtomobili saxlamamış, irəli gedib avtovağzal ərazisində saxlamışdır. Ona yaxınlaşıb özünü təqdim etmiş, qayda pozuntusuna yol verdiyini, sənədlərini təqdim etməsini bildirmişdir. Vətəndaş özünü təqdim etməyərək başqa ad demişdir. Lakin həmin adlar elektron sistemdən müəyyən edilməmişdir. Nəhayət vətəndaşın şəxsiyyətini müəyyən etmişlər və vətəndaşa bildirmişdir ki, sürücülük vəsiqəsi olmadan avtomobili idarə edə bilməz. Vətəndaş bildirdi ki, uzun müddətdir ki, avtomobili belə idarə edir, qayda pozuntusu etməmişdir. Vətəndaş tabesizlik etdiyi üçün o, rabitə vasitəsilə PPX-ni dəvət etmişdir. Vətəndaş PPX-nin əməkdaşlarının qanuni tələblərinə də tabesizlik göstərmişdir. Vətəndaş polis şöbəsinə gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda vətəndaş ona qarşı nalayiq ifadə işlətməmiş, PPX-nin polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında Şahid2 izahat verərək bildirmişdir ki, xidmətdə olduğu vaxt YPX-nin əməkdaşlarının çağırışı ilə hadisə yerinə getmişlər, vətəndaşa özünü təqdim edib, polisin xidməti avtomobilinə əyləşməyi təklif etmişdir. Vətəndaş ona “get işinlə məşğul ol” sözlərini demişdir. Vətəndaşa bildirmişdir ki, “mən işimi yerinə yetirirəm”. Vətəndaş telefonla danışaraq orada gəzmiş, onlar da, vətəndaşın yanında hərəkət etməyə məcbur olmuşlar. Həmçinin vətəndaş ona yox, digər polis əməkdaşına qarşı söyüş söymüşdür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. Məhkəmə proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən olunur ki, həmin tarixdə Xaçmaz şəhəri ərazisində Bakı prospektində xidmətdə olarkən Xaçmaz şəhər dairə istiqamətindən Xudat istiqamətində hərəkət edən VAZ 2106 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil dönmə işığını yandırmadığına görə Xaçmaz RPŞ-nin DYPXB-nin baş inspektoru, polis baş leytenantı Namik İmanov saxla işarəsi vermiş, lakin Şəxs ona məhəl qoymayaraq yolunu davam etmişdir. O, Şəxs Xaçmaz şəhər köhnə avtovaqzal deyilən ərazidə saxlamış, o, Şəxs yaxınlaşıb özünü təqdim etmiş, vətəndaşa qayda pozuntusu etməsini bildirdikdə vətəndaş ona sərt cavab verərək ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. O, vətəndaşı nizam intizama dəvət etsə də, lakin vətəndaş öz hərəkətlərini davam edərək ona tabesizlik göstərmişdir. O, da rabitə vasitəsilə PPX-ni çağırmış və onlarla birlikdə vətəndaş Şəxs Xaçmaz RPŞ-yə aparmışdır. - xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:42-də Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən tutulmuş və xx.xx.2025-ci il tarixdə, saat 11:45-də azad edilmişdir.. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə 15:00 radələrində YPX və PPXB əməkdaşlarının qanuni əmrinə tabe olmayaraq və Xaçmaz şəhəri, Köhnə Avtovaqzalda ucadan nalayiq ifadələr işlətmişdir. - xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə olunmuşdur. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Xaçmaz RPŞ-yə verdiyi izahatından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində özünə məxsus olan “Vaz 2106” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Yol polisi əməkdaşları onu saxlamışlar. Yol polisi əməkdaşı ona yaxınlaşaraq özünü ona təqdim etməklə sürücülük vəsiqəsini istəmiş, o, Yol polisi əməkdaşına hansı səbəbdən saxladığını soruşduqda yenidən ad, soyadını soruşmuş, o həmin polis əməkdaşına ad, soyadını birazdan deyəcəyini bildirmişdir. Bunun nəticəsində aralarında anlaşılmazlıq yaranmış, qısa zaman ərzində PPXB-nin əməkdaşları ona yaxınlaşıb avtomobilə əyləşməsini və PŞ-ya getməli olduğunu bildirmişlər. Polis əməkdaşlarına telefonla danışdığını və gedin işinizlə məşğul olun demişdir.Daha sonra polis əməkdaşları onu avtomobilə oturdaraq PŞ-ya aparmışlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və əməlindən səmimi peşmanlığını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və işin digər faktiki hallarını nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxx 1989-cu ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 31.4-1-cü maddəsi nəzərə alınmaqla barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar