Məhkəmə qərarları › İş №3(067)-1836/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1836/2022

30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1836/2022 30.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Xaçmaz rayon Polis şöbəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Xaçmaz rayonunun Yataqoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Yataqoba kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 27 sentyabr 2022-ci il tarixdə “VAZ 21061” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Yalama yolunun 34-cü km-də, Xaçmaz rayonu ərazisində hərəkətdə olarkən xidmətdə olan YPX inspektoru tərəfindən saxlanılmış və yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan sərxoş vəziyyətdə və eyni zamanda barəsində inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi müəyyən edilmişdir. Məhkəmə iclasında Xaçmaz RPŞ-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs 27 sentyabr 2022-ci il tarixdə, Gəndob-Yalama yolunun 34-cü km-də, Xaçmaz rayonu ərazisində “VAZ 21061” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən xidmətdə olan YPX inspektoru tərəfindən saxlanılmış və yoxlama zamanı onun avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmiş və bu barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin bildirmişdir ki, Şəxs bundan da əvvəl, xx.xx.2022-ci il tarixdə avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etməsi səbəbindən barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, o, 2022-ci ilin sentyabr ayının dəqiq gününü xatırlamadığı günündə atasına məxsus “VAZ 21061” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən YPX-nin əməkdaşı tərəfindən saxlanılmış və barəsində protokol tərtib edilmişdir. Belə ki, onun nəqliyyat vasitəsi idarə etmək üçün sürücülük hüququ olmamış, həmçinin o həmin zaman avtomobili idarə edərkən spirtli içki qəbul etdiyindən sərxoş vəziyyətdə olmuşdur. Həmçinin bildirmişdir ki, o, bundan da əvvəl, yəni bu ilin avqust ayında da avtomobili sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə idarə etdiyindən barəsində protokol tərtib edilmiş və qərar qəbul edilmişdir. Bundan əlavə olaraq bildirmişdir ki, o, bu ilin sentyabr ayında polisin qanuni tələbinə tabe olmadığından onun barəsində cərimə inzibati tənbehi təyin edilmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində həbs növündə inzibati tənbehin ən aşağı həddə təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi yoxdur. İş materiallarında olan 27 sentyabr 2022-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs barəsində o, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən protokol tərtib edilmişdir. İş materiallarında olan 06 sentyabr 2022-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, Şəxs barəsində o, 09 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İXMnin 334.1, 342.5, 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən protokol tərtib edilmiş və ona 500 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan alkotester texniki vasitəsindən əldə edilmiş kağız daşıyıcıdan görünür ki, 27 sentyabr 2022-ci il tarixdə, saat 13:43-də barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin alkoqol qəbul etməsini müəyyən etmək üçün yoxlanılmış və onun qanında alkoqolun konsentrasiyasının 0,652‰ (promilli) olması aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi həmin Məcəllənin 334.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə, bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi həmin Məcəllənin 334.2-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarının 2.2-ci bəndinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Həmçinin iş materiallarından müəyyən edilir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(067)-1435/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 150 manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29 noyabr 2022-ci il tarixdə, saat 18:30-da inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1998-ci ildə Xaçmaz rayonunun Yataqoba kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 29 noyabr 2022-ci il tarixdən, saat 18:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar