Məhkəmə qərarları › İş №3(067)-1838/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1838/2022

07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1838/2022 07.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclas katibi X2, Şikayət verən şəxs X1, Xaçmaz Rayon Polis Şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, X1 Xaçmaz DYPB-nin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X4 məhkəməyə müraciət edərək Xaçmaz rayon X5 X10 tərəfindən qəbul edilmiş TP xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, qərarda göstərilir ki, o, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Xaçmaz rayon Bakı prospekti ərazisində Vaz 21063 markalı **-BB-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsilə hərəkətdə olduğu zaman yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətmişdir. Qərarla qətiyyən razı deyil. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Gəndob-Yalama yolunun Xaçmaz şəhər ərazisindən keçən Bakı prospekti ilə Gəndab istiqamətindən hərəkətdə olarkən işıqforun yaşıl işığında daş bazarı istiqamətində dönmə işıqlarını yandırıb dönərkən əks istiqamətdən yüksək sürətlə gələn Ford Tranzit ** BM *** markalı avtomaşın qırmızı işıqda keçərək idarə etdiyi maşını vurub xeyli arxaya atmışdır. Maşınına ciddi zərər dəysə də qəza nəticəsində xəsarət alan olmamışdır. Bunu oraya toplaşan ətrafda işləyən insanlar da təsdiq edə bilərlər. Ətrafda müşahidə kameraları da var. Lakin qərarı tərtib etmiş Azər Süleymanov müşahidə kamerasının çəkilişlərinə onun iştirakı ilə baxmaqdan imtina etmişdir. Güya o, yolayrıcını keçmə qaydalarını pozmuşdur. Halbuki o, işıqforun yaşıl işığında qaydalara uyğun olaraq dönmə işıqlarını yandıqmaqla dönərkən qarşıdan gələn nəqliyyat vasitəsi işıqforun qırmızı işığında sürətlə keçərək idarə etdiyi vasitəsini vuraraq ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Həmin avtomobilin tormuz surətinin 10-12 metr olması da təsdiq edilir. Ona görə də göstərdiyi qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xaçmaz Rayon Polis Şöbəsinin nümayəndəsi izahatında göstərmişdir ki, hadisə xx.xx.2022-ci il tarixdə baş verib. X4 xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Xaçmaz rayon Bakı prospekti ərazisində idarə etdiyi Vaz 21063 markalı **-BB- *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsilə hərəkətdə olduğu zaman yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətmişdir. Hadisə yeri ilə bağlı inzibati xətanın baş verməsini sübut edən görüntülər məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbeh verilməsi haqqında xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından müəyyən olunur ki, X4 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə 60 (altımış) manat inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Xaçmaz rayon X5 X7 inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş qərar, izahatlar və videogörüntüdən müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.i Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar