Məhkəmə qərarları › İş №3(067)-184/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-184/2023

16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-184/2023 16.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İnzibati protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xətaya dair protokol tərtib edilən şəxs oğlunun Şəxs iştirakı ilə xx xxxxxx 1965-ci ildə Qazaxıstan Respublikasının Alma-ata şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Müşfiq kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 03 fevral 2023-cü il tarixdə Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələblərin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borclarını ödəməkdən üzürsüz səbəbdən yayınır. Şəxs icra sənədi üzrə borcu dəbbə pulu ilə birlikdə 1120 manat təşkil edir. Şəxs icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, pensiya, təqaüd və ya müavinət, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru X3 izahatında bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X4 və Təbii Sərvətlər İdarəsinin 14 mart 2022-ci il tarixli, 1066247/2022 saylı icra sənədinə əsasən Xaçmaz rayonunun Müşfiq kəndində yaşayan borclu Şəxs tərəfindən Quba RMTM-nin Xaçmaz meşə bəyliyinin 5 saylı dolayının 16-cı kvartalında köküstə yaş inkişafda olan ağac və kollar qanunsuz məhv etdiyinə görə 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə, 700 (yeddi yüz) manat cərimə olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələblərin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, lakin borclu icra sənədlərində göstərilən borclarından heç bir ödəniş etməmişdir. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 529.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Xaçmaz meşə bəyliyinin 5 saylı dolayının 16-cı kvartalında köküstə yaş inkişafda olan ağac və kollar qanunsuz məhv etdiyinə görə 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə, 700 (yeddi yüz) manat cərimə olunmuşdur. Həmin cərimənin ödəyə bilməməsinə səbəb hazırda işləməməsi və maddi cəhətdən imkanın olmaması ilə əlaqədar olduğunu bildirmişdir. Əməlinə görə səmimi peşmançılıq hissi keçirdiyini, nəzərə alaraq barəsində təqsiləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X4 və Təbii Sərvətlər İdarəsinin 14 mart 2022-ci il tarixli, MN seriyalı ******* saylı, inzibatı tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində ictimai işlər inzibati tənbeh növü tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: xx xxxxxx 1965-ci il tarixdə Qazaxıstan Respublikasının Alma-ata şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 160 (yüz altmış) saat müddətində ictimai işlər növündə inzibati tənbeh təyin edilsin. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxsin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar