Məhkəmə qərarları › İş №3(067)-1840/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1840/2022

30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1840/2022 30.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Xaçmaz rayon X15 Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X10, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Xaçmaz rayonunun Şollar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Xaçmaz rayonunun Şollar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon X15 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 16 aprel 2022-ci il tarixdə Bakı Şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi ev 21-də yaşayan X2 məxsus Xaçmaz rayonu Köhnə Xudat kəndində yerləşən evindən “Bankond 5000” markalı Azərbaycan istehsallı kondinseoneri və 01 ədəd aliminium materiallı teşti, 04 oktyabr 2022-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, Ə.Vahid küçəsi, ev 46-da yaşayan X1 məxsus evinin həyətində olan saxlanc otağı kimi istifadə etdiyi yardımçı tikilidən 01 ədəd Markus markalı su nasosunu, 04 oktyabr 2022-ci il tarixdə X6 məxsus Xaçmaz rayonu Şollar kəndində yerləşən evinin həyətində qapısı olmayan talvarından benzinlə işləyən “Ural” markalı ot biçənini və bir ədəd odun doğramaq üçün nəzərdə tutulmuş baltasını, 06 oktyabr 2022-ci il tarixdə X7 məxsus Xaçmaz rayonu Köhnə-Xudat kəndində yerləşən evinin həyətində olan talvarın yanındakı qapısı olamayan yardımçı tikilidən bir kisə 25 kq təşkil edən fındıqını oğurlamaqla onlara müxtəlif məbləğlərdə zərər vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X13 təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X14 göstərdi ki, Şəxs 16 aprel 2022-ci il tarixdə Bakı Şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi ev 21-də yaşayan X2 məxsus Xaçmaz rayonu Köhnə Xudat kəndində yerləşən evindən “Bankond 5000” markalı Azərbaycan istehsallı kondinseoneri və 01 ədəd aliminium materiallı teşti, 04 oktyabr 2022-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, Ə.Vahid küçəsi, ev 46-da yaşayan X1 məxsus evinin həyətində olan saxlanc otağı kimi istifadə etdiyi yardımçı tikilidən 01 ədəd Markus markalı su nasosunu, 04 oktyabr 2022-ci il tarixdə X6 məxsus Xaçmaz rayonu Şollar kəndində yerləşən evinin həyətində qapısı olmayan talvarından benzinlə işləyən “Ural” markalı ot biçənini və bir ədəd odun doğramaq üçün nəzərdə tutulmuş baltasını, 06 oktyabr 2022-ci il tarixdə X7 məxsus Xaçmaz rayonu Köhnə-Xudat kəndində yerləşən evinin həyətində olan talvarın yanındakı qapısı olamayan yardımçı tikilidən bir kisə 25 kq təşkil edən fındıqını oğurlamaqla onlara müxtəlif məbləğlərdə zərər vurmuşdur. Hər fakt üzrə o, Xaçmaz rayon X15 Polis Bölməsinə dəvət edilərək izahatı alınarkən özü səmimi olaraq törətdiyi əməli etiraf etmişdir. Zərərçəkmiş şəxslərin hər biri ondan şikayətçidilər və onların bu barədə izahatları alınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, fəhləliklə məşğul olmaqla ailəsini dolandırır, törətmiş olduğu əməlləri maddi cəhətdən imkansızlığı ilə əlaqədar törtəmişdir. Bundan başqa o, məhkəmədə izahat verərkən narkotik vasitəsinin istifadəçisi olduğunu və bundan uzaqlaşmaq üçün barəsində müəyyən müddətə “həbs” inzibati tənbeh növünün seçilməsini xahiş etmişdir. İş materiallarında olan digər zərərçəkmiş şəxslər X4, X3, X11 və X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən onlara dəymiş zərər ödənilməmişdir. İş materiallarında olan Xaçmaz rayon X12 Bölməsinin təhqiqatçısı polis, mayoru X9 26 aprel 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X12 Bölməsinin təhqiqatçısı polis, mayoru X9 14 oktyabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X12 Bölməsinin təhqiqatçısı polis, mayoru X9 14 oktyabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X12 Bölməsinin təhqiqatçısı polis, mayoru X9 16 oktyabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs barəsində cinayət işi üzrə icraata xitam verilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlar, inzibati xəta haqqında protokollar və digər iş materialları ilə təmamilə sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcələnin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 25 (iyirmi beş) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli 30 noyabr 2022-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar