Məhkəmə qərarları › İş №3(067)-1845/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1845/2022

05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1845/2022 05.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, zərərçəkən şəxs İsrafilova (Qasımova) Aysel Kamran qızının, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Xaçmaz rayonunun Mursalı-qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Qobuqıraq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(067)-949/2019 saylı icra sənədi üzrə 2020 manat aliment borcu vardır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, 14 mart 2019-cu il tarixli, 2(067)-949/2019 saylı icra sənədinə əsasən Şəxs 19 fevral 2019-cu ildən başlayaraq iki uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment alınaraq X1 verilməlidir. Borclu tərəfindən bu günədək ödənişlər edilmiş, lakin onun 2020 manat aliment borcu yaranmışdır. 2022-ci ilin sentyabr ayında isə uşaqlardan biri məhkəmə qətnaməsi əsasında borclunun himayəsinə verilmiş və həmin tarixdən alimentin hesablanması bir uşağa münasibətdə dayandırılmışdır. Həmçinin bildirmişdir ki, borclu 2022-ci ilin noyabr ayında cəmi 130 manat, oktyabr ayında 70 manat, aliment ödəmişdir. Borclu həmin aliment borcunun yaranmasının səbəbini maddi imkanı ilə bağlı olduğunu bildirmişdir. Tələbkar yaranmış aliment borcunu tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, onun 2020 manat aliment borcunun yaranmasına səbəb uşağın üç il onun yanında qalması olmuş, uşağın onun himayəsinə verilməsinə dair iddiasına məhkəmədə baxılan müddətdə də o, alimenti ödəmişdir. Bir uşaq onun yanında olduğu üçün tələbkarın himayəsində olan bir uşağa görə müxtəlif məbləğlərdə - 170, 220, 240 manat və s. məbləğlərdə olmaqla aliment ödəmiş, o, hər ay ödənişlər etmişdir. Tələbkarla razılıqlarına əsasən uşaq onun yanında qalsa da, o, aliment borcunun silinməsi, aliment ödəməkdən azad olunması barədə müraciət etməmiş və onun alimentdən azad olunması barədə qərar mövcud deyildir. Tələbkar ona demişdir ki, uşağı o saxlasın, alimenti tələb etmir. Həmçinin bildirmişdir ki, o, yaranmış aliment borcunu bir uşağa görə ödəməli olduğu 110 manat əvəzinə hər ay 150 manat, yəni 40 manat artıq ödəməklə borcunu siləcəkdir. Himayəsində yaşlı, xəstə valideynlərinin olmasının nəzərə alınmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmə iclasında zərərçəkən şəxs izahatında bildirmişdir ki, uşağa qeyd olunan üç il müddətində borclu deyil, onun öz atası baxmışdır. Sonra isə borclu uşağı gəzdirmək adı ilə götürüb aparmış, lakin geri qaytarmamışdır. O, uşağın ona qaytarılmasını borcludan tələb etmiş, o, dəfələrlə bu barədə 102 xidmətinə zəng etmişdir. Həmçinin bildirmişdir ki, onunla borclunun arasında uşağın sonuncunun yanında qalması və onun da buna görə alimentdən imtina etməsi barədə hər hansı razılıqları olmamışdır. O, aliment borcunu tələb edir. Borclu yaranmış aliment borcunu tam olaraq ödəmirsə, həbs olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1981-ci ildə Xaçmaz rayonunun Mursalı-qışlaq kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 05 dekabr 2022-ci il tarixdən, saat 16:55-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar