Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-185/2023 08.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlu X2 tərəfindən inzibati xətaya dair qərardan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X2 tərəfindən inzibati xətaya dair qərardan verilmiş şikayət ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayətdə xx.xx.2022-ci il tarixli qərar mübahisələndirilsə də, şikayətə əlavə edilmiş qərar 05 iyul 2022-ci il tarixlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, şikayət vermiş şəxs bundan da əvvəl hazırkı məzmunlu şikayətlə Xaçmaz rayon məhkəməsinə müraciət etmiş, şikayətə mübahisələndirilən qərar əlavə edilmədiyindən şikayət ərizəsi geri qaytarılmış, məhkəmənin həmin qərarında həmçinin inzibati tənbehvermə haqqında qərarın şikayətçiyə nə vaxt rəsmi qaydada verildiyini təsdiq edən heç bir sənəd əlavə edilmədiyi diqqətə çatdırılmışdır. (hakim V.Qasımova) Şikayət vermiş şəxs hazırkı şikayətinə inzibati tənbehvermə haqqında qərarı əlavə etsə də, ləğv edilməsini xahiş etdiyi qərarın tarixi 05 iyun 2022, şikayətə əlavə edilmiş qərar isə 05 iyul 2022 tarixlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından müəyyən olunur ki, inzibati tənbehvermə haqqında qərar 05 iyun 2022ci il tarixdə qəbul edildiyi bildirilsə də, şikayət məhkəməyə 01 fevral 2023-cü il tarixdə (bundan əvvəlki) daxil olmuşdur. Lakin məhkəməyə təqdim edilmiş sənədlərlə inzibati tənbehvermə haqqında qərarın şikayətçiyə nə vaxt rəsmi qaydada verildiyini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Qeyd olunanlardan da göründüyü kimi, həmin qərardan şikayətvermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə səlahiyyətli orqana müraciət etmək hüququ izah edilməlidir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, şikayətçi mübahisələndirdiyi qərarın ona nə vaxt təqdim edilməsinə dair müvafiq sənədi şikayətinə əlavə edərək təkrarən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 iyun 2022-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-185/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-185/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver