Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1852/2022 21.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X9 X5 Regional müfəttişliyinin baş məsləhtçisi-baş müfəttişi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X9 Dövlət Agentliyindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X9 Dövlət Agentliyi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X9 X5 Regional müfəttişliyinin baş məsləhtçisi-baş müfəttişi X6 tərəfindən xx.xx.2022-ci il tarixində Şəxs direktoru olduğu Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilmiş yoxlama prosesində sahibkar tərəfindən yoxlamaya aid sənədlər təqdim edilməmiş, habelə yoxlama zamanı suallara şifahi və yazılı izahatlar verilməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X9 X5 Regional müfəttişliyinin baş məsləhtçisi-baş müfəttişi X6, protokolu müdafiə edərək Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil, protokola etiraz edərək, hüquqlarını müdafiə etdiyi şəxsin həmin cəmiyyətdə icra müqaviləsi əsasında işləməsini, yoxlanılan avadanlıqların ümumiyyətlə ona məxsus olmamasını və barəsində tərtib edilmiş protokolun düzgün tərtib edilmədiyini nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X9 X5 Regional Sənayesinin məhkəməyə ünvanladığı məktubundan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X9 X5 Regional müfəttişliyinin baş məsləhtçisi-baş müfəttişi X6 tərəfindən xx.xx.2022-ci il tarixində vəzifəli şəxs “Şəxs”na məxsus Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilmiş yoxlama prosesində sahibkar tərəfindən, yoxlamaya aid sənədlər yoxlayıcıya təqdim olunmamışdır. Yoxlama zamanı suallara şifahi və yazılı izahatlar verilmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN №1099548 saylı protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş 17 noyabr 2022-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221871828 nömrəli çıxarışdan görünür ki, Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X9 Dövlət Agentliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində yoxlama aparılması nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş 22 noyabr 2022-ci il tarixli yoxlama aktından görünür ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsi, ev 1 ünvnında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilmiş yoxlama zamanı cəmiyyətin direktoru Şəxs tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər yoxlayıcıya təqdim olunmamışdır. Yoxlama zamanı suallara şifahi və yazılı izahatlar verilməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Həmçinin, iş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs hər hansı əsaslı səbəb göstərmədən izahat verməkdən, protokolla tanış olmaqdan və protokolun surətini almaqdan imtina etmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir. Məhkəmə, proses zamanı vəkilin izahatına dair münasibət bildirərək onu qeyd etməyi zəruri hesab edir ki, sözügedən inzibati xəta haqqında protokol yoxlanılan avadanlıqlarda hər hansı bir nasazlığın aşkar edilməsinə görə deyil, müvafiq məlumatların təqdim edilməməsi və yoxlama zamanı sualların şifahi və yazlı izahatların verilməməsi ilə bağlıdır. Ona görə də, yoxlanılan avadanlıqların kimin mülkiyyətində olması və onlara görə kimin məsuliyyət daşıması hazırki işlə heç bir əlaqəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, Şəxs vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini xarakretizə edən halları və törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci və 602.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1200 (bir min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-1852/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1852/2022
21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver