Məhkəmə qərarları › İş №3(067)-1853/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1853/2022

07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1853/2022 07.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Xaçmaz Rayon Polis Şöbəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Maqsudkənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi üzrə tərtib edilmiş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Vaz -21099 markalı 45 BX-697 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX əməkdaşı tərəfindən saxlanılmışdır, yoxlama zamanı müəyyən olmuşdur ki, Şəxs avtomobili il ərzində təkrarən sərxoş vəziyyətdə idarə edir. Bununla da Şəxs «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xaçmaz Rayon Polis Şöbəsinin nümayəndəsi X3 protokolda qeyd olunanlar ilə eyni məzmunlu izahat verərək, inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanuni cəza verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Vaz -21099 markalı 45 BX-697 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Hərəkətindən peşmandır. Ona görə də barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 344.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. İş materiallarında olan alkovizordan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs sərxoşluq dərəcəsi 0,825% olmuşdur. İş materiallarında olan TP ******* Qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiq edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2.-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.1983-cü ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 07 dekabr 2022-ci il tarixdən, saat 16:22-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar