Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-186/2024 12.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, barəsində inzibati qərar çıxarılmış fiziki şəxs X2 nümayəndəsi və vəkili Vəkil və qərarından şikayət olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış fiziki şəxs X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 16 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 inzibati tənbeh vermə haqqında 16 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarına əsasən Bakı şəhəri, Xətai rayonu, .Yusifov küçəsi ev 6, mənzil 2-də yaşayan X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 1000 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Barəsində inzibati qərar çıxarılmış fiziki şəxs X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 16 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 22-00 radələrində Şabran rayonu ərazisində qanunsuz ov etmə iddiası ilə o, və oğlu X10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışlar. X8 məxsus “Mitsubishi” markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomaşına idarənin əməkdaşları tərəfindən baxış keçirilmiş və orada olan bir çox şəxsi alətlər, qeydiyyatı olan silahlar müsadirə olunaraq götürülmüşdür. Bundan sonra ona və oğlu X8 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən diktə edilərək ərizə yazdırıb getmişlər. Bir gün sonra isə hər ikisinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və hər birinin 1000 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Hadisəni və toplanmış sübutları özündə əks etdirən və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilən akt İnzibati icraat haqqında qanunun 59.1.6 və 67.1-ci maddələrinə əsasən qanunsuz şəkildə tərtib edilmişdir. Həmçinin tərtib edilən akta əsasən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları X8 məxsus “Mitsubishi” markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirərkən orada ev etdiklərini guya sübut edən “kəklik” və ov silahlarını müəyyən edərək götürmüşlər. Nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi ilə əldə edilən sübutlar İXM-nin 93.2, 93.3, 94.1 və 94.3-cü maddələrinin tələblərinə əsasən hal şahidlərinin iştirakı ilə protokol tərtib edilməklə rəsmiləşdirilməlidir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilməsi əşyaların götürülməsi hal şahidlərinin iştirakı olmadan və protokol tərtib edilmədən həyata keçirilmişdir. Bu isə qanun pozuntusudur. İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və İXM-nin 8.1, İPM-nin 30, 32-ci, Konstitusiyanın 60-cı maddələrinə əsasən əldə olunmuş sübutların qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyəti olmadan cərimə yazmasının müəyyən edilməsi, inzibati tənbeh tətbiq edilməsi haqqında MN seriyalı, ******* nömrəli qərarının qanunsuz hesab edilərək ləğv olunması və MN seriyalı ******* saylı protokolun əsassız hesab edilərək ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati qərar çıxarılmış fiziki şəxs X2 nümayəndəsi və vəkili Vəkil izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22-00 radələrində X5 və oğlu X1 rayonu ərazisində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışlar. X8 məxsus “Mitsubishi” markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomaşına idarənin əməkdaşları tərəfindən baxış keçirilmiş və orada olan bir çox şəxsi alətlər, qeydiyyatı olan silahlar müsadirə olunaraq götürülmüş, lakin nə nəqliyyat vasitəsinə baxış keçirilməsi, nə də əşyaların götürülməsi zamanı hal şahidlərinin iştirakı təmin edilməmiş və müvafiq qaydada protokollar tərtib olunmamışdır. Bundan sonra 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları X4 və onun oğlu X8 diktə ilə ərizə yazdırmışlar. Bir gün sonra isə X4 və onun oğlu X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və hər birinin 1000 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Hadisəni və toplanmış sübutları özündə əks etdirən və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilən akt İnzibati icraat haqqında qanunun tələblərinin pozulması ilə tərtib edilmişdir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi hal şahidlərinin iştirakı olmadan və protokol tərtib edilmədən həyata keçirilməsi qanun pozuntusudur. İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və İXM-nin 8.1, İPM-nin 30, 32-ci, Konstitusiyanın 60-cı maddələrinə əsasən əldə olunmuş sübutların qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyəti olmadan cərimə yazmasının müəyyən edilməsi, inzibati tənbeh tətbiq edilməsi haqqında MN seriyalı, ******* nömrəli qərarının qanunsuz hesab edilərək ləğv olunması və MN seriyalı ******* saylı protokolun əsassız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahatında göstərmişdir ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları 08 oktyabr 2023-cü il tarixdə qanunsuz ov edən brakonyerlərə qarşı reyd keçirən zaman Şabran rayonu ərazisində 2 nəfər şəxsin qanunsuz ov ilə məşğul olduqlarını aşkar etmişlər və həmin şəxslərin X5 və X10 olduqları müəyyən olunmuş, həmin şəxslərin 2 ədəd kəklik ovladıqları müəyyən olunub, qeyd olunan hallar aktlaşdırılıb və bu barədə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunaraq, inzibati tənbeh tətbiq edilməsi haqqında 16 oktyabr 2023-cü il tarixli MN seriyalı, ******* nömrəli qərarla onların hər biri 1000 manat məbləğində cərimə edilmişlər. X5 və X10 izahat yazaraq qanunsuz ov ilə məşğul olduqlarını etiraf etmişlər. Onlar əməllərini etiraf etdiklərinə görə nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi zamanı hal şahidləri dəvət olunmamış və akt tərtib olunduğun görə baxış keçirilməsi və əşyaların götürülməsi barədə protokollar tərtib edilməmişdir. Göstərilənlərə əsasən X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-ci maddəsi ilə təqsirli bilinərək, 1000 manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 16 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarını əsaslı hesab edir və qərardan şikayətin rədd edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati qərar çıxarılmış şəxsin nümayəndəsinin və inzibati tənbeh vermə haqqında qərar çıxarmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolundan müəyyən olunur ki, X5 xx.xx.2023-cü il tarixdə Zöhrab kəndinin yaxınlığında ov ərazisində özünə məxsus ov silahı ilə qanunsuz (ov bileti, ovçuluq bilet və sair olmadan) ovla məşğul olmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin protokolda X5 qanunsuz ovla məşğul olduğunu etiraf etmiş və nəzərdə tutulmuş cəriməni könüllü ödəyəcəyini bildirmişdir. . İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 16 oktyabr 2023cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından müəyyən olunur ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 1000 manat məbləğində inzibati cərimə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 81813 saylı aktdan müəyyən olunur ki, Şaban rayonu ərazisində Azərbaycan Respublikasının “Ovçuluq haqqında” Qanununun və Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 10 saylı Qərarının tələblərinin icra olunması vəziyyətinin araşdırılması məqsədi ilə xx.xx.2023-cü il tarixdə keçirilən növbəti təftiş nəzarət zamanı Zöhrab kəndindən cənub istiqamətində dağlıq ərazidə pikap tipli avtomaşınla ov tüfəngləri avtomaşının pəncərəsindən çıxmış vəziyyətdə ov parladığı müşahidə olunmuşdur. Avtomaşına keçirilən baxış zamanı 1 ədəd TOS-34P markalı ov silahı, (2 ədəd 12 çaplı dolu patron tüfəngin lüləsindən çıxarıldı) “Benelli” markalı 12 çaplı 0503 E-05-159-14 nömrəli ov silahı, əlavə olaraq 21 ədəd 12 çaplı dolu patron, 6 ədəd boş (atılmış) patron, 1 ədəd əl fənəri və 2 ədəd kəklik quşu aşkar olunaraq götürülmüşdür. 1 ədəd TOS-34P markalı ov silahına dair X2 adına xx.xx.2018-ci il tarixli şəhadətnamə, “Benelli” markalı 12 çaplı 0503 E-05-159-14 nömrəli ov silahına dair X7 adına xx.xx.2022ci il tarixli şəhadətnamə və xx.xx.2019-cu il tarixli ovçuluq bileti təqdim olunmuşdur. X5 və X10 izahatlar yazaraq, qanunsuz ovla məşğul olduqlarını bildirmişlər. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 272.3.-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Barəsində inzibati qərar çıxarılmış fiziki şəxs X2 lazımi icazə olmadan ov edilməsi qadağan olunan Şaban rayonunun Zöhrab kəndindən cənub istiqamətində dağlıq ərazidə X10 ilə birlikdə ov tüfəngləri ilə birlikdə ov etmələri faktı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli 81813 saylı aktı, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol ilə, həmçinin X2 özünün iş materiallarında olan xx.xx.2023-cü il tarixli izahatı ilə təsdiqini tapır. Məhkəmə araşdırması zamanı X2 nümayəndəsi və vəkili Vəkil 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi hal şahidlərinin iştirakı olmadan və protokol tərtib edilmədən həyata keçirildiyinə görə, inzibati material üzrə sübutların qanun pozuntusu ilə əldə edilmiş kimi qiymətləndirilərək, onlardan istifadə edilməsinin yolverilməzliyini qeyd etsə də, məhkəmə həmin halların mövcudluğunun inzibati xətanın baş verib-verməməsi ilə bilavasitə əlaqəli olmadığını hesab edir. Belə ki, X5 özü xx.xx.2023-cü il tarixdə verdiyi yazılı izahatında 08 oktyabr 2023-cü il tarixdə Zöhrab kəndinin yaxınlığında ov ərazisində özünə məxsus ov silahı ilə qanunsuz (ov bileti, ovçuluq bilet və sair olmadan) ovla məşğul olarkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını etiraf etmiş və nəzərdə tutulan cəriməni könüllü ödəyəcəyini bildirmişdir. İnzibati materiallar toplanılarkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən avtomaşına baxış keçirlməsi və əşyaların götürülməsi ilə bağlı hal şahidlərinin dəvət edilməməsi və bu barədə protokollar tərtib edilməməsi, X2 inzibati xətanı törətməməsi anlamına gəlmir. Məhkəmə şikayət ilə bağlı onu qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən aşkar edilmiş inzibati xəta faktı əsasında inzibati xətanın subyekti, yəni inzibati məsuliyyətə cəlb olunmalı olan fiziki və ya vəzifəli şəxs müəyyən edilməli, inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin olub-olmaması məsələsi, eləcə də, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar araşdırılmalı və əmələ düzgün hüquqi qiymət verilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddi hüquq normasına düzgün tövsif edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən işin halları kifayət qədər araşdırıldığından və X2 Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 272.3.-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan digər sübutlarla yanaşı onun xx.xx.2023-cü il tarixli etiraf edici izahatı ilə təsdiqini tapdığından, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış fiziki şəxs X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 16 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından şikayəti təmin edilməməli və həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə olan halda X2 əldə olunmuş sübutların qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyəti olmadan cərimə yazmasının müəyyən edilməsi və MN seriyalı ******* saylı protokolun əsassız hesab edilərək ləğv edilməsinə dair tələbləri də təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə 1000 (bir min) manat məbləğində inzibati cərimə edilməsinə dair 16 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №3(067)-186/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-186/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver