Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1860/2022 13.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, X4 Tavratoviçin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Çiləgir kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz Rayon məhkəməsinin 2(067)- 996/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 1456 manat və 34.56 manat məbləğində dövlət rüsumu alınaraq, X2 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borclu Şəxs bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsa da o, icra şöbəsinə gəlməmişdir. Hal-hazırda Şəxs 1490.56 manat məbləğində ödənilməmiş borcu vardır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 996/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 1456 manat və 34.56 manat məbləğində dövlət rüsumu alınaraq, X2 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borclu Şəxs bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsa da o, icra şöbəsinə gəlməmişdir. Hal-hazırda Şəxs 1490.56 manat məbləğində ödənilməmiş borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 996/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 1456 manat və 34.56 manat məbləğində dövlət rüsumu alınaraq, X2 verilməsi qət edilmişdir. Qərar müvafiq qaydada icraya yönəldilməsi və tələbin könüllü icrasını təmin etmək haqqında bildirişi almışdır. Borclu olduğu məbləğdən hazırda 1000 manatını ödəmək istəyir. Qalan məbləği də 1 ay ərzində ödəyəcək. İş üzrə icraata xitam verilməsini xahiş edir. Bu barədə ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasında tələbkar şəxs izahatında bildirmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 996/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 1456 manat və 34.56 manat məbləğində dövlət rüsumu alınaraq ona verilməsi təmin olunmuşdur. Borclu bu vaxta qədər onun borcunu ödəməmişdir. Borclunun hazırda etdiyi borcu qəbul edir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Bu barədə ərizəsini məhkəməyə təqdim edir. İş materiallarından müəyyən olunur ki, icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə təqdim edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi borclu Şəxs borcundan 1000 manat məbləğində ödəniş etdiyindən onun barəsində başlanılmış inizibati xəta üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilmədiyindən onun barəsində başlanılmış inizibati xəta üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1988-ci ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlamış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-1860/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1860/2022
13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver