Məhkəmə qərarları › İş №3(067)-1861/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1861/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1861/2025 25.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X1məhkəməiclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-ninİTB-nin sahə rəisi, polis leytenantı Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Şıxı oğlununiştirakları ilə xx.xx.1979-cu ildə Quba rayonu, Rük kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Quba rayonu, Rük kəndində qeydiyyatda olmaqla, Şabran rayonu, Çayqaraqaşlı kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi üzrə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Xaçmaz RPŞ tərəfindən Azərbaycan Respublikası İXM-nin590.2-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, xx.xx.2025-ci il tarixdə, saat 23:00 radələrində Xaçmaz rayon, İlxıçı- Məmmədxanlı kəndində müvafiq İcra hakimiyyətinin xüsusi icazəsi olmadan mülki ov silahını daşımışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs bildirmişdir ki, Xaçmaz PPX-nin əməkdaşları tərəfindən vətəndaş Şəxs odlu silahdan istifadə etməsini aşkar edərək Polis Şöbəsinə gətirmişlər. Şəxs izahatı alınan zaman odlu silahın sənədinin olmadığını, ata-babadan qaldığını bildirmişdir. Silahın zavod nömrələrində də uyğunsuzluq vardır. Akt tərtib edilərək silah və 10 ədəd patron təhvil alınmışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. O, inzibati xəta haqqında protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs izahat verərək qeyd olunan maddə ilə özünü təqsirli bildiyini bildirmişdir. Belə ki, silah ona atababadan qalmışdır. O, mal-qaraya çobanlıq edir və silahı çöldə qorunmaq üçün özü ilə götürmüş, həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin silahın sənədi olmamışdır. Sənədsiz silah daşımağın qanunsuz olduğu barədəisə məlumatlıdır. 5 uşağı var, ailə vəziyyətini nəzərə alaraq aşağı həddə cərimə olunmasını məhkəmədən xahiş etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokol və iş materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə polis Xaçmaz RPŞ-nin PPXB-nin serjantı Cabbarov Fariz, Əkpərov Məhəmməd və kiçik serjant Əzizov Hətəmxan ilə birlikdə İlxıçı-Məmmədxanlı kəndində xidmətdə olduqları zaman saat təxminən 21:05 radələrində adı sonradan məlum olan Quba rayon sakini Şəxs açıq vəziyyətdə çiynində ov tüfəngi ilə hərəkət etməsi tərəflərindən aşkar olunmuş, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra üzərində gəzdirdiyi mülki ov silahının sənədlərini təqdim etməsini xahiş etmişlər və həmin şəxs onlara tüfəngin heç bir sənədinin olmadığını və tüfəngin atasından qaldığını bildirmişdir. Bu səbəbdən həmin şəxsi Xaçmaz RPŞ-yə dəvət etmişlər. - xx.xx.2025-ci il tarixli “AKT”dan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Nümayəndə, Xaçmaz RPŞ-nin NH-nin məsul növbətçisi polis kiçik-leytenantı Teyfur Hacımuradov və Quba rayon, Rük kənd sakini Şəxs iştirakı ilə akt tərtib edilmişdir. Ondan ötrü ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonu, İlxıçı- Məmmədxanlı kəndi ərazisində mülki ov silahından istifadə qaydalarını pozduğuna görə istifadəsində olan sənədsiz 01 ədəd tək lüləli, 16 çaplı, lüləsi 17671 nömrəli, qundağı L 29302 nömrəli mülki ov silahı və 10 (on) ədəd patron təhvil alınmışdır. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 23:00 radələrində Xaçmaz rayon, İlxıçı-Məmmədxanlı kəndində müvafiq İcra hakimiyyətinin xüsusi icazəsi olmadan mülki ov silahını daşımışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqsirini etiraf etməsini və əməlindən səmimi peşmanlığı məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati xətanın bilavasitə obyekti olmuş mülki ov silahı və 10 (on) ədəd patronlar müsadirə edilməklə aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx xxxxxx 1979-cu il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş mülki ov silahı və 10 (on) ədəd patronmüsadirə edilməklə barəsində 80 (səksən) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar