Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-187/2021 04.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, 01400-0187/21 saylı inzibati xəta haqqında protokola Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Xaçmaz rayon Məhkəməsinə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-dən Rusiya Federasiyası, Moskva vilayəti, Odintsovskiy rayonu, Aqroximikov küçəsi ev 15 korpus A, mərtəbə 1, mənzil 009/3 ünvanında qeydiyyatda olan “xxxx” MMC-nin ünvanına ixrac olunması nəzərdə tutulmuş “xurma” yükü üçün ayrılmış 29020500 saylı vaqona yüklənmiş 71 ədəd karton qutuya Xaçmaz rayonunun Xudat şəhərində yerləşən “Ləcət” dəmiryolu stansiyasında gömrük yoxlaması keçirilmiş və gömrük bəyannaməsində və ma-müşayiət sənədlərində 29020500 saylı vaqonda ixrac olunacaq yükün adı “xurma” kimi qeyd olunsa da, yoxlama zamanı həmin vaqonda olan 71 ədəd karton qutunun içərisindən gömrük bəyannaməsində və malmüşayiət sənədlərində qeyd olunmayan, yəni gömrük orqanına bəyan olunmayan ümumi çəkisi 420 kiloqram olan nar, 193 ədəd plastik qabda ümumi çəkisi 1005 kiloqram nar mürəbbəsi, 6950 ədəd 5 qramlıq “Украса” və 50 ədəd 5 qramlıq “Квитень” markalı qida boyası, 19 ədəd 1 litrlik böyürtkən və 4 ədəd 1 litrlik qızılgül şirəsi (kompot), 1 kiloqram qızılgül mürəbbəsi və 2 kiloqram meyvə qurusu (gavalı turşusu) aşkar olunaraq götürülmüşdür. Gömrük orqanına bəyan edilməyən malların qiymətini müəyyən etmək məqsədilə əmtəəşünaslıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən 07-x nömrəli xx xxxxxx 2021-ci il tarixli ekspertiza rəyinə əsasən ekspertiza tədqiqatına təqdim olunmuş ümumi çəkisi 420 kiloqram olan nar, 193 ədəd plastik qabda ümumi çəkisi 1005 kiloqram nar mürəbbəsi, 6950 ədəd 5 qramlıq “Украса” və 50 ədəd 5 qramlıq “Квитень” markalı qida boyası, 19 ədəd 1 litrlik böyürtkən və 4 ədəd 1 litrlik qızılgül şirəsi (kompot), 1 kiloqram qızılgül mürəbbəsi və 2 kiloqram meyvə qurusu (gavalı turşusu) xx.xx.2021-ci il tarixinə olan ümumilikdə orta bazar qiymətinin 9532.5 manat olduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala inzibati xəta haqqında protokolu tərtib edən şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs MMC inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş **********6558 saylı xx.xx.2021-ci il tarixli Gömrük Bəyannaməsindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (ixracatçı) Rusiya Federasiyası, Moskva vilayəti, Odintsovskiy rayonu, Aqroximikov küçəsi ev 15 korpus A, mərtəbə 1, mənzil 009/3 ünvanında qeydiyyatda olan “xxxx” MMC-nin (idxalatçı) ünvanına 4900 ədəd taxta yeşiklərdə cəmi 38950 kq çəkidə “Xurma” yükünün göndərilməsi bəyan edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli “yoxlama haqqında protokoldan” görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında xx xxxxxx 2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-dən Rusiya Federasiyası, Moskva vilayəti, Odintsovskiy rayonu, Aqroximikov küçəsi ev 15 korpus A, mərtəbə 1, mənzil 009/3 ünvanında qeydiyyatda olan “xxxx” MMC-nin ünvanına ixrac olunması nəzərdə tutulmuş “xurma” yükü üçün ayrılmış 29020500 saylı vaqona yüklənmiş 71 ədəd karton qutuya Xaçmaz rayonunun Xudat şəhərində yerləşən “Ləcət” dəmiryolu stansiyasında gömrük yoxlaması keçirilmiş və gömrük bəyannaməsində və ma-müşayiət sənədlərində 29020500 saylı vaqonda ixrac olunacaq yükün adı “xurma” kimi qeyd olunsa da, yoxlama zamanı həmin vaqonda olan 71 ədəd karton qutunun içərisindən gömrük bəyannaməsində və mal-müşayiət sənədlərində qeyd olunmayan, yəni gömrük orqanına bəyan olunmayan ümumi çəkisi 420 kiloqram olan nar, 193 ədəd plastik qabda ümumi çəkisi 1005 kiloqram nar mürəbbəsi, 6950 ədəd 5 qramlıq “Украса” və 50 ədəd 5 qramlıq “Квитень” markalı qida boyası, 19 ədəd 1 litrlik böyürtkən və 4 ədəd 1 litrlik qızılgül şirəsi (kompot), 1 kiloqram qızılgül mürəbbəsi və 2 kiloqram meyvə qurusu (gavalı turşusu) aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 07-x nömrəli xx xxxxxx 2021-ci il tarixli ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş ümumi çəkisi 420 kiloqram olan nar, 193 ədəd plastik qabda ümumi çəkisi 1005 kiloqram nar mürəbbəsi, 6950 ədəd 5 qramlıq “Украса” və 50 ədəd 5 qramlıq “Квитень” markalı qida boyası, 19 ədəd 1 litrlik böyürtkən və 4 ədəd 1 litrlik qızılgül şirəsi (kompot), 1 kiloqram qızılgül mürəbbəsi və 2 kiloqram meyvə qurusu (gavalı turşusu) xx.xx.2021-ci il tarixinə olan ümumilikdə orta bazar qiymətinin 9532.5 manat olduğu müəyyən edilmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, yüngülləşdirici və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasının hədləri daxilində gömrük orqanına bəyan edilməyən inzibati xətanın bilavasitə obyekti olan malların qırx faizi miqdarında cərimə edilməklə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq dövlət hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər həmin şəxslərin üzərinə qoyulur. İş materialları ilə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilməyən və hal-hazırda DGK “Azərterminalkompleks” Birliyində saxlanılan ümumi çəkisi 420 kiloqram olan nar, 193 ədəd plastik qabda ümumi çəkisi 1005 kiloqram nar mürəbbəsi, 6950 ədəd 5 qramlıq “Украса” və 50 ədəd 5 qramlıq “Квитень” markalı qida boyası, 19 ədəd 1 litrlik böyürtkən və 4 ədəd 1 litrlik qızılgül şirəsi (kompot), 1 kiloqram qızılgül mürəbbəsi və 2 kiloqram meyvə qurusu (gavalı turşusu) X2 məxsusdur. Belə olan halda, ümumi çəkisi 420 kiloqram olan nar, 193 ədəd plastik qabda ümumi çəkisi 1005 kiloqram nar mürəbbəsi, 6950 ədəd 5 qramlıq “Украса” və 50 ədəd 5 qramlıq “Квитень” markalı qida boyası, 19 ədəd 1 litrlik böyürtkən və 4 ədəd 1 litrlik qızılgül şirəsi (kompot), 1 kiloqram qızılgül mürəbbəsi və 2 kiloqram meyvə qurusu (gavalı turşusu) X2 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: « Şəxs » MMC Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi məbləğdə, yəni 3813 (üç min səkkiz yüz on üç) manat inzibati cərimə edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən – 50 (əlli) manat « Şəxs » MMC-dən tutularaq dövlət nəfinə keçirilsin. İnzibati xətanın bilavasitə obyekti olan mallar ümumi çəkisi 420 kiloqram olan nar, 193 ədəd plastik qabda ümumi çəkisi 1005 kiloqram olan nar mürəbbəsi, 6950 ədəd 5 qramlıq “Украса” və 50 ədəd 5 qramlıq «Квитень» markalı qida boyası, 19 ədəd 1 litrlik böyürtkən və 4 ədəd 1 litrlik qızılgül şirəsi (kompot), 1 kiloqram gül mürəbbəsi və 2 kiloqram meyvə qurusu(gavalı turşusu) X2 qaytarılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-187/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-187/2021
04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver