Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-187/2024 22.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 16 oktyabr 2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayəti nəzərdən keçirərək müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 16 oktyabr 2023-cü il tarixli qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, şikayət vermiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 16 oktyabr 2023-cü il tarixli qərarını hansı tarixdə aldığı barədə hər hansı sənəd şikayətə əlavə edilməmiş, bununla daqərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülübötürülmədiyini müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-ci maddəsinə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə 16 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə həmin qərarı şikayətçi tərəfindən hansı tarixdə alması barədə hər hansı sənəd əlavə edilmədiyindən, həmçinin həmin qərardan şikayətvermə müddəti keçdiyi halda buraxılmış müddətin bərpası barədə vəsatətin olmadığı nəzərə alınaraq, şikayətvə ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin132-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-187/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-187/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver