Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1873/2022 13.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, zərərçəkən şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1966-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, D.Bünyadzadə küçəsi ev 23-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(067)-1469/2018 saylı icra sənədini icra etmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(067)-1469/2018 saylı icra sənədinə əsasən X3 və X2 cavabdeh Şəxs faktiki sahibliyində olan ünvan 1 ünvanda yerləşən yaşayış evindən və evin köməkçi vasitələrindən istifadə hüquqları tanınsın və onlar ailə üzvləri ilə birlikdə həmin evə köçürülməlidirlər. Həmin icra sənədi icra şöbəsi tərəfindən təmin edilməsi üçün tədbirlər görüldükdə borclu Şəxs icra sənədinin icrasına maneçilik edərək tələbkarların həmin evə köçməsinə imkan verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, tələbkarlar onun sahibliyində olan evə icra sənədinə əsasən köçürülməlidirlər. Lakin o, bununla razı olmamışdır. Çünki o və tələbkarlar bir-biri ilə düşmən kimidirlər və danışmırlar, bu səbəbdən də onlarla eyni evdə yaşamağı mümkün hesab etmədiyindən tələbkarların həmin evə köçürülməsinə mane olmuşdur. Həmçinin bildirmişdir ki, tələbkarlar həmin evə köçsələr, böyük problemlər olacaqdır. Məhkəmə iclasında zərərçəkən şəxs izahatında bildirmişdir ki, o, icra sənədində qeyd olunan evə köçmək istəyir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə icra sənədi üzrə icraata başlanılması haqında qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxxx 1966-cı ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1873/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1873/2022
13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver