Məhkəmə qərarları › İş №3(067)-1875/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1875/2022

23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1875/2022 23.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Xaçmaz rayon Prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 31 avqust 1966-cı ildə Quba rayonu Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Xaçmaz rayon prokurorluğunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.2-ci maddəsi ilə icraatına başlanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Xaçmaz rayon prokuroru, baş ədliyyə müşaviri Rəşad Məmmədovun 14 dekabr 2022-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır ona görə ki, “X11” MMC-nin istehsalat şöbəsinin (Ət və hazır yeməklər) briqadiri Şəxs “İstehsalat şöbəsi (Ət və hazır yeməklər) briqadirinin vəzifə və texniki təhlükəsizlik təlimatının 2.8-ci bəndinin tələblərini pozaraq iş zamanı fərdi mühafizə vasitələrindən daimi istifadə olunmasına nəzarət etmədiyinə görə həmin müəssisədə fəhlə işləyən X2 xx.xx.2022-ci il tarixdə saat 06:30 radələrində işlədiyi müəssisənin ət emalı sexinin köməkçi sahəsinin köməkçi giriş qapısının qarşısında təmizlik işlərini apararkən içərisi 2 %-lik kaustik soda məhlulu ilə dolu olan vedrəni əlindəki təmizlik fırçası ilə kənara itələyərkən vedrədəki soda məhlulunun gözünə sıçraması nəticəsində ehtiyatsızlıqdan sonuncunun “sağ gözünün bleforokonyunktiviti” kimi sağlamlığa yüngül zərər vuran xəsarət almasına səbəb olmuşdur. Məhkəmə iclasında Xaçmaz rayon Prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X8 izahatında göstərdi ki, “X11” Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə işləyən X2 iş yerində xəsarət alması barədə 18 noyabr 2022-ci il tarixdə X7 Xidmətindən daxil olmuş məlumat əsasında araşdırılma aparılmışdır. Həmin araşdırılma onun tərəfindən aparılmışdır və Şəxs barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininn 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmçinin aparılmış araşdırılma zamanı müəyyən olunmuşdur ki, X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsalat sahəsinin biriqadiri Şəxs istehsalat şöbəsi yəni ət və hazır yeməklə şöbəsinin biriqadiri vəzifə və texniki təhlükəsizlik təlimatın 2.8-ci bəndinin tələblərini pozaraq iş zamanı fərdi mühafizə vasitələrini daimi istifadə olunmasına nəzarət etmədiyinə görə həmin müəssisədə fəhlə işləyən X2 xx.xx.2022-ci il saat 16:30 radələrində işlədiyi müəssisədə ət emalı sexinin köməkçi sahəsinin köməkçi giriş qapısının qarşısında təmizlik işlərini apararkən içərisi 2 %-lik kaustik soda məhlulu ilə dolu olan vedrəni əlindəki təmizlik fırçası ilə kənara itələyərkən vedrədəki soda məhlulunun gözünə sıçraması nəticəsində ehtiyatsızlıqdan sonuncunun “sağ gözünün bleforo-konyunktiviti” kimi sağlamlığa yüngül zərər vuran xəsarət almışdır. Göründüyü kimi Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri var. Həmin Məcəllənin qeyd olunan bəndinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa, qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması inzibati xəta hesab olunur. Aparılmış araşdırılma zamanı Məhkəmə Texniki-Təhlükəsizlik Ekspertizası təyin edilmiş həmin ekspertiza nəticəsində dəd Şəxs təqsiri olduğu müəyyən olunmuşdur. Hazırda da Xaçmaz rayon prokuroru baş ədliyyə müşaviri Rəşad Məmmədov tərəfindən 14 dekabr 2022-ci il tarixdə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsinə əsasən iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 2003-cü ildən “X11” MMC-də, 2016-cı ildən isə həmin müəssisənin ət və hazır yeməklər sexində briqadir işləyir. Həmin müəssisə ət və toyuq məhsullarının, müxtəlif növ yeməklərin, turşu məhsullarının və kompotların istehsalı, konservləşdirilməsi və satışı üzrə fəaliyyət göstərir. Briqadir kimi iş funksiyasına işçilərin geyiminə, təhlükəsizlik vasitələri ilə təchiz olunmasına, onların iş prosesinə nəzarət etmək və s-dən ibarətdir. X4 tanıyır. Elnaz “X11” MMC-də fəhlə işləyir. Elnazla arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. Hər həftənin şənbə günündən bazar gününə keçən gecə, yəni saat 00:00-dan saat 08:00-dək növbədə olan şəxslərin işi istehsalat sahəsinin təmizlənməsindən ibarət olur. xx.xx.2022-ci il tarixdə saat 00:00-dan saat 08:00dək gecə növbəsində olmuşdur. X9 Seyfullayeva ilə birlikdə piylərin əridilməsi (piy sexi) sexində təmizlik işlərinə ayrılmışdır. Növbəyə çıxan zaman 10-15 dəqiqə ərzində bütün işçilərə operator Azər Sultanov tərəfindən təhlükəsizlik qaydaları çatdırılmışdır. Təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra o, bütün fəhlələrə eynək, əlcək, maska paylamış və işçilər öz işlərinə başlamışlar. Həmin gün saat 06:30 radələrində ət sexinin daxilində olarkən Sevinc Seyfullayeva qaça-qaça gəlib köməkçi hissə olan piy sexində Elnazın gözünə soda məlulunun töküldüyünü bildirmişdir. O, dərhal Elnazın yanına gedib sonuncunun gözünə su vuraraq yumuş və Elnaza ilkin tibbi yardım göstərmişdir. Hadisənin necə baş verməsini soruşanda ona məlum olmuşdur ki, iş prosesinin yekununda Elnaz şotka ilə içərisində 2 %-lik kaustik soda məhlulu olan vedrəni kənara itələyəndə vedrənin içərisindəki məhlul Elnazın gözünə sıçramışdır. Elnaz həmin vaxt səhlənkarlıq edib gözündəki eynəyi çıxardığı üçün gözündən xəsarət almışdır. Daha sonra isə bu barədə operator Azər Sultanova məlumat vermiş ki, Elnazı həkimə aparsınlar. Azərin də məlumatı olduqdan sonra Elnazı Xaçmaz rayon Mərkəzi Xəstəxanasına təxliyyə etmiş və həkim tərəfindən Elnazın gözü yuyulmuşdur. Həkim Elnazın görməsində heç bir problemin olmadığını bildirərək dərmanlar yazıb evə buraxmışdır. Hazırda Elnaz əmək fəaliyyətini davam etdirir və səhhətində heç bir problem yoxdur. O, verilən suallara cavab olaraq bildirmişdir ki, “X11” MMC-də iş rejimi 3 növbəli olmaqla, saat 00:00-d.an 08:00-dək, 08:00-dan 16:00-dək və 16:00-dan 00:00-dək olur. xx.xx.2022-ci il tarixdə təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı Elnaza operator Azər Sultanov tərəfindən təlimat verilmişdir. Hadisə baş verən gün iş prosesinə başlamamışdan əvvəl bütün fəhlələrə əlcək, eynək və maska verilmişdir. Ancaq hadisə zamanı Elnaz eynəyi gözündən çıxarmışdır. Zərər çəkmiş şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT birliyinin 21 noyabr 2022-ci il tarixli, 645 saylı rəyindən görünür ki, X3 aşkar olunmuş xəsarətlər – sağ gözünün bleforo-konyunktiviti kimyəvi maddənin təsirindən törənmklə, qərarda qeyd olunan müddət və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə gözünə kimyəvi maddənin sıçraması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlıa YÜNGÜL zərərvurmaya aid edilir. İşdə olan məhkəmə-əməyin mühafizəsi və təhlükəsizlik texnikası ekspertizasının 06 dekabr 2022-ci il tarixli, 10/7771 nömrəli rəyindən görünür ki, “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin ət emalı sexinin köməkçi sahəsində kaustik soda məhlulu ilə təmizlik işlərim aparan işçinin fərdi mühafizə vasitələrindən (konkret halda qoruyucu eynək) istifadə etməməsi baş vermiş hadisənin texnki səbəb olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin, «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-90 DÜST»-nin 4.4 bəndinin və “X11” MMCnin direktoru tərəfindən təsdiq edilmiş "İstehsalat şöbəsi (Ət və hazır yeməklər) briqadirin vəzifə və texniki təhlükəsizlik üzrə təlimatının 2.8 bəndinin tələbləri pozulmuşdur. “X11" MMC-də fəhlə peşəsində işləyən X2 bilik səviyyəsi yoxlanılmadan (attestasiyadan keçirilmədən) işə buraxıldığına görə, «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-90 DÜST»-nin (Dövlət standartı) 4.4 bəndinin tələbləri cəmiyyətin direktoru tərəfindən pozulmuşdur. “X11” MMC-nin ət emalı sexinin köməkçi sahəsinin köməkçi giriş qapısının qarşısında kaustik soda məhlulu ilə təmizlik işlərini aparan işçi X2 iş zamanı fərdi mühafizə vasitələrindən (konkret halda qoruyucu eynəkdən) daimi istifadə etməsinə nəzarət etmədiyinə görə, vəzifə təlimatının 2.8 bəndinin tələbləri "X11" MMC-nin istehsalat şöbəsinin (Ət və hazır yeməklər) briqadiri tərəfindən pozulmuşdur. "X11” MMC-də istehsalat şöbəsinin ət sexində fəhlə vəzifəsində işləyən X1 soda məhlulu ilə təmizlik işlərini aparan zaman fərdi mühafizə vasitələrindən (konkret olaraq qoruyucu eynəkdən) istifadə etmədiyinə görə, onun tərəfindən «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuşdur. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunun inzibati xətanın törədilməsi inzibati xəta haqqında iş üzrə icraatın materialları ilə öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə görə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs cəza təyin edərkən törətdiyi xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 115-117 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar