Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1889/2022 29.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Xaçmaz rayon Prokurorluğunun nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1993-cü ildə Xaçmaz rayonunun Zeyxur-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işləməyən, Xaçmaz rayonunun Samurçay qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, 25 oktyabr 2022-ci il tarixdə saat 17:30 radələrində SA- 3510 bort nömrəli üzmə vasitəsilə Xaçmaz rayonu ərazisindən Xəzər dənizinə daxil olaraq çəkisi 1 kq olan 1 ədəd “Xəzər qızılbalığı” və 1 kq 800 qram olan “Nərə” cinsli balıqları ovlayaraq “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasnın Qırmızı Kitabına daxil edilmiş balıq və digər bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi barədə normaların tələblərinə zidd olaraq Azərbaycan Respublikası Nazirlək Kabinetinin 2017-ci il 2 iyun tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Xaçmaz rayon prokurorunun nümayəndəsi X4 inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, 25 oktyabr 2022-ci il tarixdə saat 17:30 radələrində SA-3510 bort nömrəli üzmə vasitəsilə Xaçmaz rayonu ərazisindən Xəzər dənizinə daxil olaraq çəkisi 1 kq olan 1 ədəd “Xəzər qızılbalığı” və 1 kq 800 qram olan “Nərə” cinsli balıqları ovlayıb sahilə çıxarkən sərhədçilər tərəfindən saxlanılmış və keçirilmiş baxış zamanı 1 kq olan 1 ədəd “Xəzər qızılbalığı” və 1 kq 800 qram olan “Nərə” cinsli balıqları ovladığı müəyyən edilmişdir. Törətmiş inzibati xəta əməlinə görə səmimi peşmançılıq hissi keçirir və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan 25 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində Samurçay SNB-nin xidməti ərazisində, 112-ci yanalma körpüsündə ÜVR sərhəd naryadı xidmətini təşkil edən sərhəd naryadı baş leytenantı Əbülfərz Nəcəfzadə tərəfindən rejim sularından qayıdan SA-3510 bort nömrəli üzmə vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı üzmə vasitəsindən ovlanması qadağan olunmuş 1 (bir) ədəd “Xəzər qızıl balığı” və 1 (bir) ədəd “Nərə” cinsli balıqlar (hər ikisi bütöv qarnı yarılmamış) aşkar edilmişdir. Ovlanması qadağan olunmuş balığı ovlayan şəxslərin Xaçmaz rayonunun Samurçay kənd sakinləri- xx.xx.1995-ci il təvəllüdlü X5 (Ş/V AA 1213892) və xx.xx.1993-cü il təvəllüdlü Şəxs (Ş/V AA*******) olduqları müəyyən olunmuşdur. Saat 19:30-da akta əsasən aşkar olunmuş balıq araşdırma məqsədilə ərazidən götürülərək X3 regional şöbəsinin soyuducusuna yerləşdirilmişdir. İş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022ci il tarixdə saat 17:30 radələrində Samurçay SNB-nin xidməti ərazisində, 112-ci yanalma körpüsündə ÜVR sərhəd naryadı xidmətini təşkil edən sərhəd naryadı baş leytenantı Əbülfərz Nəcəfzadə tərəfindən rejim sularından qayıdan SA-3510 bort nömrəli üzmə vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı üzmə vasitəsindən ovlanması qadağan olunmuş 1 (bir) ədəd “Xəzər qızıl balığı” və 1 (bir) ədəd “Nərə” cinsli balıqlar (hər ikisi bütöv qarnı yarılmamış) aşkar edilmişdir. Ovlanması qadağan olunmuş balığı ovlayan şəxslərin Xaçmaz rayonunun Samurçay kənd sakinləri- xx.xx.1995-ci il təvəllüdlü X5 (Ş/V AA 1213892) və xx.xx.1993-cü il təvəllüdlü Şəxs (Ş/V AA*******) olduqları müəyyən olunmuşdur. Araşdırma üçün vətəndaşlar və aşkar edilmiş balıqlar Samurçay SNB-yə gətirilmiş, balıqların ümumi çəkisinin 2 kq 800 qram (1 ədəd Xəzər qızıl balığı 1 kq, nərə cinsli balıq 1 kq 800 qram) olduğu müəyyən edilmişdir. Aşkar olunmuş balıqlar saat 19:30da 4 nömrəli aktla götürülərək X3 regional şöbəsinin soyuducusuna yerləşdirilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, 1 (bir) ədəd “Xəzər qızıl balığı” və 1 (bir) ədəd “Nərə” cinsli balıqları Şəxs 25 oktyabr 2022-ci il tarixdə SA-3510 bort nömrəli üzmə vasitəsində Xaçmaz rayonundan Xəzər dənizinə daxil olaraq ovlamışdır. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanunun 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın 4.5-ci bəndinə görə Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının hər bir ovu faktı üzrə balıqovlama biletinin rekvizitləri, ovlanmış balıq və digər su bioresurslarının həcmi (miqdarı), ovun vaxtı, yeri, alətləri, ov həyata keçirən hüquqi (adı, yeri) və ya fiziki (soyadı, adı, atasının adı) şəxs göstərilməklə yerində bu Qaydalara 9 nömrəli əlavə ilə müəyyən olunmuş formada akt tərtib edilir. Akt ova cavabdeh olan şəxs, balıq və digər su bioresurslarının ovunu həyata keçirən şəxslər tərəfindən imza ilə, habelə balıqovlama biletini almış təşkilatın rəhbəri tərəfindən möhür və imza ilə təsdiq edilir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinin saksiyası çərçivəsində tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinə əsasən, Balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati xətanın törədilməsində istifadə olunan alət müsadirə edilməməklə aşağı həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın törədilməsində istifadə olunan alət- 1 ədəd SA-3510 bort nömrəli üzmə vasitəsi müsadirə edilməməklə 700 (yeddi yüz) manat miqdarında cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-1889/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1889/2022
29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver