Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1893/2022 19.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Xaçmaz rayonunun Həsənqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Həsənqala kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Abşeron rayon məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli, 2(012)-5068/2017 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Yaranmış 2442 manat aliment borcunu ödəmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Abşeron rayon məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli, 2(012)-5068/2017 saylı icra sənədinə əsasən Şəxs bir uşağın saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 137 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 xeyrinə tutulmalıdır. Borclu hər ay alimenti tam deyil, 100 manat olmaqla ödəmiş, sonuncu dəfə 2022-ci ilin dekabr ayında 100 manat olmaqla ödəmişdir. Borclunun yaranmış 2442 manat aliment borcu ödənilməmiş 37 manatlarla bağlıdır. Tələbkar yaranmış aliment borcunu tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, bir uşağın saxlanması üçün hər ay 137 manat aliment ödəməlidir, lakin o, hər ay 100 manat aliment ödəmişdir. Belə ki, o, işləyərək 267 manat əmək haqqı alır. Həmin məbləğin altmış manatı onun yol xərclərinə sərf olunur. O, maddi vəziyyəti imkan verdiyi qədərilə aliment ödəmişdir. Həmçinin hazırda borclu olduğu məbləğdən ödəniş etməyə imkanı olmadığını, növbəti aylardan ödəməyə başlayacağını bildirmişdir. Barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə icra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1983-cü ildə Xaçmaz rayonunun Həsənqala kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 19 dekabr 2022-ci il tarixdən, saat 16:58-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1893/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1893/2022
19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver