Məhkəmə qərarları › İş №3(067)-1894/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1894/2025

23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1894/2025 23.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Yalama st. XPB-nin Xudat st. XPM-nin rəisi, polis kapitanı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz RPŞ tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, xx.xx.2025-ci il tarixdə Yalama st. XPB-nin inzibati binasında vətəndaşlar Şəxs və X4 üzərindən hərəsinin 1 ədəd büküm narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Məhkəmə iclas zalında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə PPX-nin əməkdaşları xidmətdə olan zaman iki nəfər şəxsin mübahisə etdiklərini görüb onlara yaxınlaşaraq Yalama st. XPB-nə dəvət etmişlər. Növbətçi Hissədə şəxslərin üzərinə baxış keçirilərkən hərəsi könüllü olaraq üzərindən bir ədəd kiçik bükümdə marixuana çıxartmışdır. O, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin səhhətində problem olduğunu, azyaşlı övladlarının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü qeyd olunan maddə ilə təqsirli olduğunu bilərək izahatında göstərmişdir ki, mübahisə etdikləri üçün Polis Bölməsinə aparılmış və üzərində marixuana aşkar olunmuşdur. O, bir ilə yaxındır ki, marixuana istifadə edir, ailəlidir, 2 övladı var, qızı xəstədir. O, törətdiyi əməli etiraf edir və əməlindən peşmandır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, ekspertiza rəyi, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, Yalama st. XPB-nin TQ-nın təhqiqatçısı, polis kapitanı Əli Hüseynov tərəfindən aparılmış ilkin yoxlamanın nəticələri üzrə vətəndaşlar Şəxs üzərindən 0,179 qram və X4 üzərindən 0,564 qram çəkidə narkotik vasitə sayılan qurudulmuş marixuana çıxmışdır. - xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə və inzibati qaydada tədbir görülməsi haqqında” qərardan müəyyən edilir ki, Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin TQ-nın təhqiqatçısı, polis kapitanı X7 tərəfindən Şəxs və X4 əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə barələrində cinayət işinin başlanması rədd edilmişdir. Vətəndaşlar Şəxs və X4 əməllərində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan qərarın surəti onun barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsindən ötrü Yalama st. XPB-nin İTQ-na göndərilmişdir. Şəxs və X2 götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,544 qram və 0,159 qram qalan narkotik vasitə qurudulmuş marixuana 01 ədəd kağız zərflərə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz st. XPŞ-ya təhvil verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin xx.xx.2025-ci il tarixli, №-li 20/1073 rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şəxs...” yazılar və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,544 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 0,564 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,544 qram təşkil etmişdir. - “Şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan 16 dekabr 2025-ci il tarixdə, saat 19:50-də Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin TQ-nın təhqiqatçısı, polis kapitanı X7 tərəfindən tutulmuşdur. - 17 dekabr 2025-ci il tarixli “Şübhəli şəxsin azad edilməsi haqqında” qərardan müəyyən edilir ki, Şübhəli şəxs qismində tutulmuş X1 RPŞ-nin MSY-dan 17 yanvar 2025-ci il tarixdə, saat 16:10-da azad edilmişdir. - xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında” qərardaddan müəyyən edilir ki, vətəndaşlar Şəxs və X4 barələrində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında material aidiyyəti üzrə baxılıb qərar qəbul olunması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Yalama st. XPB-nin inzibati binasında vətəndaşlar Şəxs və X4 üzərindən hərəsinin 1 ədəd büküm narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə AR İXM-nin 32-ci maddəsinə əsaslanaraq Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını o cümlədən, himayəsində 2 az yaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə araşdırması zamanı Şəxs əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsin əməlini etiraf etməsi, əməlindən peşman olması, ilk dəfə inzibati xəta hadisəsi törətməsini, himayəsində 2 az yaşlı uşağının olmasını nəzərə alaraq, törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. İş üzrə üzərində “Şəxs...” yazılar və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,544 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar