Məhkəmə qərarları › İş №3(067)-190/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-190/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-190/2023 08.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Xaçmaz şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materialdan görünür ki, o, xx.xx.2022-ci il tarixdə X1 məxsus 70 manat dəyərində mobil telefonu oğurlayaraq, bundan başqa, o, xx.xx.2022-ci il tarixdə X7 məxsus evdən 22 manat pulu oğurlayaraq, bundan başqa o, xx.xx.2022-ci il tarixdə X2 qardaşı İslama məxsus evdən 80 manat dəyərində mühərrikli otbiçəni oğurlayaraq, bundan başqa o, xx.xx.2022-i il tarixdə X4 azyaşlı övladının gödəkçəsinin cibindən 90 manat dəyərində mobil telefonu oğurlayaraq, bundan başqa o, xx.xx.2022-ci il tarixdə X7 məxsus evin həyətindən 10 manat dəyərində alüminium vedrəni oğurlamaqla, bundan başqa o, xx.xx.2023-cü il tarixdə X8 məxsus evin həyətindən 70 manat dəyərində metal borunu oğurlamaqla, bundan başqa o, xx.xx.2023-cü il tarixdə X3 məxsus bağ sahəsindən 77 manat dəyərində yeddi ədəd ağac tinglərini oğurlamaqla, bundan başqa o, xx.xx.2023cü il tarixdə X6 aldadaraq 50 manat pulunu dələduzluq yolu ilə ələ keçirməklə özgənin əmlaklarını xırda talamışdır. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahat verərək göstərmişdir ki, o, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolllarda göstərilən əməlləri törətmişdir. Belə ki, o, həqiqətən də qeyd olunan şəxslərdən müxtəlif əşyaları, pul vəsaitini oğurlamış, Nicat Mursalovu isə aldadaraq 50 manat pulunu almışdır. O, özünü həmin əməlləri törətməkdə təqsirli bilir. Həmçinin bildirmişdir ki, o, həmin əməlləri ehtiyacı olduğundan, yəni ac olduğundan törətmişdir. Törətdiyi əməldən peşmandır. Barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Həmçinin o, əlilliyinin olmadığını bildirmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokollardan və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlardan müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə X1 məxsus 70 manat dəyərində mobil telefonu oğurlayaraq, bundan başqa, o, xx.xx.2022-ci il tarixdə X7 məxsus evdən 22 manat pulu oğurlayaraq, bundan başqa o, xx.xx.2022-ci il tarixdə X2 qardaşı İslama məxsus evdən 80 manat dəyərində mühərrikli otbiçəni oğurlayaraq, bundan başqa o, xx.xx.2022-i il tarixdə X4 azyaşlı övladının gödəkçəsinin cibindən 90 manat dəyərində mobil telefonu oğurlayaraq, bundan başqa o, xx.xx.2022-ci il tarixdə X7 məxsus evin həyətindən 10 manat dəyərində alüminium vedrəni oğurlamaqla, bundan başqa o, xx.xx.2023-cü il tarixdə X8 məxsus evin həyətindən 70 manat dəyərində metal borunu oğurlamaqla, bundan başqa o, xx.xx.2023-cü il tarixdə X3 məxsus bağ sahəsindən 77 manat dəyərində yeddi ədəd ağac tinglərini oğurlamaqla, bundan başqa o, xx.xx.2023-cü il tarixdə X6 aldadaraq 50 manat pulunu dələduzluq yolu ilə ələ keçirməklə özgənin əmlaklarını xırda talamışdır. Lakin cinayət işinin başlanması rədd edilmiş və material Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün polis şöbəsinə göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında toplanmış materiallarla tam sübuta yetir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanı etiraf edib həmin əməllərinə görə peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır, məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin barəsində həbs növündə inzibati tənbeh növü təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 22 (iyirmi iki) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 08 fevral 2023-cü il tarixdən, saat 16:20-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar