Məhkəmə qərarları › İş №3(067)-190/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-190/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-190/2024 26.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu X1 tərəfindən 16 yanvar 2024-cü il tarixli, № 3-13-16/1-6971 saylı qərarından verdiyi şikayət üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına X1 tərəfindən Quba rayon X3 X4 16 yanvar 2024-cü il tarixli, № 3-13-16/1-6971 saylı qərarından verdiyi şikayət daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, X1 tərəfindən Quba rayon X3 X4 16 yanvar 2024-cü il tarixli, № 3-13-16/1-6971 saylı qərarından verdiyi şikayət üzrə toplanmış material natamamdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qeyd olunan materiallarda 16 yanvar 2024-cü il tarixli, № 3-13-16/1-6971 saylı qərar şikayətçi tərəfindən nə vaxt alınması ilə əlaqədar hər hansı bir sənəd işə əlavə edilməmişdir. Belə olan halda hesab edirəm ki, X1 tərəfindən 16 yanvar 2024-cü il tarixli, № 3-13- 16/1-6971 saylı qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 130-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 tərəfindən 16 yanvar 2024-cü il tarixli, № 3-13-16/1-6971 saylı qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar