Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-190/2025 22.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş X1 iştirakları ilə xx xxxxxx 1985-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonunun Mürşüdoba kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya Şöbəsində 21 yanvar 2025-ci il tarixində tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir Belə ki, həmin inzibati xəta haqqında protokol dan müəyyən olunur ki, Xaçmaz rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(067)-1499/2018 saylı icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Şəxs hər ay bir uşaq üçün 100 manat omaqla, cəmi 400 manat məbləğində sabit aliment alınaraq X2 verilməlidir. Məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Lakin borclu Şəxs icra sənədində göstərilən tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 protokolun dəlillərinə uyğun izahat verərək, izahatında göstərmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1499/2018 saylı, 21 sentyabr 2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs hər ay 4 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 400 manat sabit pul məbləğində aliment tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi 13 iyul 2023-cü il tarixdə icraatına daxil olmuşdur. Həmin icra sənədi üzrə icra tədbirləri görülmüş və borcluya bildiriş, icraata başlamaq haqqında qərar göndərilmişdir. Borclu Şəxs icra vərəqəsi üzrə 2650 manat borcu vardır, sonuncu dəfə 2024-cü ilin iyun ayında aliment ödənişi etmişdir.Borclu icra sənədini icra etmir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törənmiş xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 2018-ci ildən bu vaxta qədər aliment ödənişlərini etmişdir. Rusiya Federasiyasında işləmiş və hər dəfə tələbkara pul göndərmişdir. Hazırda bir neçə aydır xəstə olduğuna görə işləmir. Bir neçə gün ərzində alimenti ödəyəcəkdir. Məhkəmmə iclasında dindirilən zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, borclu ilə aralarında bağlanmış nikah 2018-ci ildə pozulmuşdur. Mülki iş ilk dəfə başqa icra məmurunun icraatında olmuşdur. Həmin vaxt borclu alimenti ödəməmişdir. Sonradan iş Faqil Adıgözəlovun icraatına keçdikdən sonra borclu aliment borcundan hissə-hissə ödəniş etmişdir. 18 ayın aliment borcundan 8 ayın alimentini ödəmiş, 10 ayın aliment borcu qalmışdır. Borclu işləyir, alimenti ödəyə bilər. O, isə heç yerdə işləmir və sosial yardım da almır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(067)-1499/2018 saylı icra vərəqəsindən müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Şəxs hər ay bir uşaq üçün 100 manat omaqla, cəmi 400 manat məbləğində sabit aliment alınaraq X2 verilməlidir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında 13 iyul 2023-cü il tarixli qərarından görünür ki, Xaçmaz rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(067)-1499/2018 saylı icra sənədi üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsində 03 may 2021-ci il tarixdə icraata başlanılmış və böyük icra məmuru X10 tərəfindən icraata qəbul edilmişdir. Tələbin könüllü icrası haqqında Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 13 iyul 2023-cü il tarixli, 161851/2023-26-3-007 nömrəli bildirişdən cə 04 noyabr 2024-cü il tarixli görünür ki, Xaçmaz rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(067)-1499/2018 saylı icra sənədi üzrə borclu Şəxs 03 may 2014-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və tələbin 10 gün müddətində icra edilməsi xahiş olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 21 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətanı etiraf edib səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 22 yanvar 2025-ci il tarixdən, saat 10:35-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №3(067)-190/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-190/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver