Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1903/2025 05.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, şikayət vermiş şəxs X1, qərarından şikayət verilmiş orqanın nümayəndəsi Nümayəndə iştirakları ilə X2 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 32691023 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 32691023 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardan şikayət vermiş X2 xx.xx.2025-ci il tarixdə Xaçmaz şəhəri, ”Gəncə təndiri” adlanan mağazanın qarşısında sərnişin düşürən zaman həmin ərazidə yol kənarında avtomobillər yola perpendikulyar istiqamətdə saxlandığına görə və onun avtomobilinin hərəkətinə maneçilik törətdiyindən onun barəsində protokol tərtib olunmuş, 80 manat cərimə yazılmışdır. Məhkəmə iclasında izahat verən qərardan şikayət vermiş şəxs X2 göstərir ki, o, xx.xx.2025-ci il tarixdə Xaçmaz şəhəri, ”Gəncə təndiri” adlanan mağazanın qarşısında yaşlı qadın sərnişin düşürmüşdü. Həmin ərazidə yol kənarında avtomobillər yola perpendikulyar istiqamətdə saxlanılır və digər avtomobillərin hərəkətinə maneçilik törədirlər. Yol kənarında avtomobillərin yola perpendikulyar istiqamətdə saxlanılması qanunsuzdur. Ona barəsində protokol tərtib olunmuş, 80 manat cərimə təyin edilmişdir. O, həmin cərimə ilə razı olmadığını bildirmiş, onun avtomobilinin yolun 1-ci cərgədə dayanma kimi qeyd olunaraq 20 manat cərimə olunmasını həmçinin, maddi imkanının aşağı olmasını, oğlunun hərbi xidmətdə olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən qərarından şikayət olunan orqanın nümayəndəsi Nümayəndə göstərir ki, xx.xx.2025-ci il tarixdə “MERCEDES BENZ 200” minik markalı, ** CM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Xaçmaz şəhəri, Bakı prospektində yolun 2-ci cərgəsində nəqliyyat vasitəsini dayandırdığı və özü avtomobildən düşərək hər hansı bir fəaliyyətlə məşğul olması müəyyən olunmuşdur. Bu da Yol Hərəkəti haqqında qanunun 52-ci maddəsi ilə qanun pozuntusudur. Ondan ötrü ki, yan qoşqusu olmayan motosikletlər istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun 2-ci cərgəsində dayanması, durması qadağandır. Həmin qaydanın pozulması İXM-nin 346.4-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, EQ 32691023 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, “MERCEDES BENZ 200” minik markalı, ** CM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması nəticəsində Azərbaycan Respublikasının İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - Audio-video diskdə olan görüntülərdən müəyyən edilmişdir ki, şikayətçinin idarə etdiyi avtomobil yolun kənarında 2-ci cərgədə dayanmışdır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunun 52 maddəsinin İ bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli, EQ 32691023 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının İXM-in 346.4-cü maddəsinə münasibətdə pozulması hissəsi məhkəmə araşdırması zamanı əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə araşdırılmışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunub-olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə araşdırması zamanı qərarından şikayət olunan orqanın nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi audio-video diskdə olan videogörüntülərdən müəyyən edilmişdir ki, şikayətçinin avtomobili yolun kənarında 2-ci cərgədə dayanmış, şikayətçi avtomobildən kənarda başqa şəxslə söhbət etmişdir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və X2 barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32691023 nömrəli qərarı ləğv edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası AR DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 32691023 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1903/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1903/2025
05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver