Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-191/2025 22.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X13 Məhəmməd qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4, Zərərçəkmiş şəxsin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Xaçmaz rayonunun Nərəcan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonu, Nərəcan kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Borclu Şəxs 22 yanvar 2025-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsində Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2879/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 2010 manat pulu tələbkarın xeyrinə ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan icra sənədi Xaçmaz rayon İcra və Probasiya şöbəsində icraata 02 dekabr 2024-cü il tarixdə daxil olmuşdur. İcra sənədi üzrə Şəxs ümumilikdə 350 manat məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Borcluya icraata tələbin könüllü icrası barədə bildiriş və icraata başlamaq haqqında qərar təqdim olunmuşdur Həmçinin borclu Xaçmaz rayon İcra və Probasiya şöbəsinə dəvət olunaraq müxtəlif tarixlərdə izahatları alınmışdır. İzahatları alınmağına baxmayaraq borclu tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Hal-hazırda borclunun 2010 manat məbləğində aliment borcu vardır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, bankda uşaqlarının adına hesab açılarsa həmin hesaba yaranmış borcunu ödəməklə hər ay ödənişləri edər. Lakin hazırda uşaqların saxlanması üçün tələbkarın xeyrinə ödəniş etmək istəmir. Ondan ötrü ki, ödəniş edəcəyi təqdirdə həmin məbləğdə pulu tələbkar şəxsi məsələləri üçün xərcləyəcəkdir. Həmçinin, bu vaxta qədər ödəniş etməməyinin səbəbi maddi imkanının zəif olması olmuşdur. O, artıq 06 (altı) aydır ki, icra vərəqəsi üzrə aliment və bir aylıq 260 manat olmaqla müvəqqəti təminat tədbiri üzrə aliment hesablandığını bildirmişdir. Rəsmi boşanmamalarına baxmayaraq, uşaqlarını görə bilmir. Ailəsi ilə barışaraq birlikdə yaşamaq istəyir. Əlavə olaraq 21 sot kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olduğunu və satışa qoyduğunu bildirmişdir. O, hal-hazırda işləmədiyini, ödəniş edə bilmədiyini və əməlindən peşman olmadığını bildirmişdir. Hazırda aylıq qazancı 150 manat civarındadır, lakin uşaqları yanında qalarlarsa, o zaman işləyərək uşaqlarına yaxşı baxar. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, uşaqlarının birinin 3 yaşı, digərinin isə 5 yaşı vardır. Borclu uşaqların saxlanması üçün köməklik göstərməmişdir. Həmçinin uşaqları məhkəmə qətnaməsinə əsasən onda saxlanılmışlar. O, borclu ilə barışmaq fikrinin olmadığını bildirmişdir. Hazırda özünün kredit ödənişlərinin olduğunu və ailəsinin maddi cəhətdən zəif olduğunu, bundan ötrü uşaqların saxlaılmasında çətinlik çəkdiyini bildirmişdir. Məhkəmədən borclunun həbs olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 22 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, tərəflərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-2879/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 11 sentyabr 2024-cü ildən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 175 manat məbləğində sabit aliment alınaraq iddiaçı X6 ödənilməlidir. - Xaçmaz Rayon Məhkəməsinin 16(067)-98/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Xaçmaz rayonu, Nərəcan kəndində qeydiyyatda olan və yaşayan Şəxs 1 ay müddətinə xx.xx.2019-cu il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər uşağa 130 manat məbləğində sabit pul şəkilində aliment alınaraq X6 verilməldir. - xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 tərəfindən e-2(067)-2879/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuşdur. - xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası barədə bildiriş və xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli xəbərdarlıqlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixlərdə borclu Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatlarından görünür ki, qeyd olunan icra sənədləri üzrə o tələbkarın xeyrinə ödənişlər etməmişdir. Hazırda onun ödənilməmiş 2010 manat aliment borcu vardır. Qeyd olunan borclardan ödəniş edə bilmir. Fərdi əməklə məşğuldur və aylıq qazancı 300-400 manat təşkil edir. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında adında hər hansı əmlak və ya gəlir məlumatları olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddənin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. 3-cü maddəyə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəyə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəyə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 15.2-ci maddənin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəyə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəyə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarlarının icra olunmamasındakı müddəti, borcun məbləğini, inzibati xətanın aliment borcu ilə əlaqədar olduğunu və pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, borcun məbləğini, məhkəmə qərarlarının uzun müddət qərəzli olaraq icra olunmadığını, əməlindən peşman olmadığını və nəticədə bunun tələbkarların çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: xx xxxxxx 1995-ci ildə Xaçmaz rayonu, Nərəcan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonu, Nərəcan kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 22 yanvar 2025-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-191/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-191/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver