Məhkəmə qərarları › İş №3(067)-1924/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1924/2022

30.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1924/2022 30.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Ermənistan SSR Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Müşkür kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3802/2016 saylı, 2(067)-2671/2018 saylı, 2(067)-1635/2021 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-686/2018 saylı icra sənədlərini qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Xaçmaz Rayon Məhkəməsinin 01 sentyabr 2016-cı il tarixli 2(067)-3802/2016 saylı, 24 sentyabr 2018-ci il tarixli 2(067)-2671/2018 saylı, 05 iyul 2021-ci il tarixli 2(067)-1635/2021 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 mart 2018-ci il tarixli 2(105)-686/2018 saylı icra sənədlərini qərəzli olaraq icra etmir. Ona icra sənədləri üzrə üzrə borclu olduğu məbləğləri ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, icra etməmişdir. Həmçinin bildirdi ki, Şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs tənbehi təyin edilmişdir. Buna baxmayaraq o, icra sənədi üzrə borclu olduğu məbləğləri ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, qeyd olunan icra sənədləri üzrə borc məbləğlərini işsiz olduğu üçün ödəyə bilməmişdir. Hazırda isə o, qeyri-rəsmi olaraq usta kimi işləyir, 2023-cü ilin yanvar ayının 15-ə kimi zəhmət haqqı olaraq alacağı pul vəsaiti vardır və o, həmin tarixdə icra sənədləri üzrə ödəniş edəcəyinə söz vermişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə icra sənədi üzrə icraata başlanılması haqında qərarlar və tələbin könüllü icrası barədə bildirişlər təqdim edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxx 1983-cü ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar