Məhkəmə qərarları › İş №3(067)-1926/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1926/2025

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1926/2025 13.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlu, Məhkəmə iclas katibi X1, Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Şikayət verən şəxs X3 iştirakları ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 16 dekabr 2025-ci il tarixli, MN ******* saylı qərarından X3 verdiyi şikayətinə məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X4 məhkəməyə müraciət edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 dekabr 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv olunması barədə qərar qəbul edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 izahatında göstərmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə 16 dekabr 2025-ci il tarixli, MN № ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsinə əsasən vəzifəli şəxs kimi 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Qusar rayonu Gican kəndində olarkən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları avtomobilə xəbərsiz və icazəsiz daxil olaraq üzərində olmayan ona məxsus olan qanuni mülkiyyətində olan odlu ov silahlarını götürürək onu 1000 manat məbləğində cərimə ediblər. Həmin vaxt üzərində heç bir ov predmeti olmayıb. O, qanunu pozmuşdursa belə fiziki şəxs kimi qanunu pozmuşdur. O zaman fiziki şəxs kimi cərimələnməli idi. İnzibati xəta haqqında materialı araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında şikayət aidiyyəti üzrə düzgün verilməmişdir. Belə ki, şikayət verən şəxsin izahatından və iş materiallarından görünür ki, inzibati xəta hadisəsi Qusar rayonunda baş vermişdir. Ona görə də, toplanmış material baxılması üçün aidiyyəti üzrə Qusar Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər; 110.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanamsı zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxıldığını, nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 16 dekabr 2025-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayəti aidiyyəti üzrə baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilsin. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar