Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-193/2023 10.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X6, X4 nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Şabran şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Şabran şəhəri, A.Xəlilov 13 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Azərbaycan Respublikası Qida Təhlükəsizli Agentliyinin X1 inzibati binasındakı Heyvan sağlamlığı baytarlıq nəzarəti sektorunun yerləşdiyi xidməti iş otağında həmin sektorda müfəttiş köməkçi işləyən Zərərçəkmiş şəxs ona qarşı "özün öləsən, əzizlərin ölsün” kimi nalay ifadələr işlətməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahis zamanı Zərərçəkmiş şəxs qəsdən bir yumruq zərbəsi vurub sonuncuya “sol tərəf alın və sol tər sifət nahiyələrinin sıyrıqları” kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə sonuncur döymüşdür. Məhkəmədə iclasında X4 nümayəndəsi Nüsrət Fətəliyev izahat verərək bildirmişdir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Azərbaycan Respublikası Qida Təhlükəsizli Agentliyinin X1 inzibati binasındakı Heyvan sağlamlığı baytarlıq nəzarəti sektorunun yerləşdiyi xidməti iş otağında həmin sektorda müfəttiş köməkçi işləyən Zərərçəkmiş şəxs ona qarşı "özün öləsən, əzizlərin ölsün” kimi nalay ifadələr işlətməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahis zamanı Zərərçəkmiş şəxs qəsdən bir yumruq zərbəsi vurub sonuncuya “sol tərəf alın və sol tər sifət nahiyələrinin sıyrıqları” kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə sonuncunu döymüşdür. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs döymədiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, işdə iştirak edən şəxsləri dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, şəxsiyyətini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində cərimə tənbehinin tətbiqi kifayət deyildir, onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1996-cı ildə Şabran şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğindən inzibati cərimə növündə tənbeh təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-193/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-193/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver