Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-195/2021 03.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Ermənistan Res-da anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Müşkür kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-2671 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 13085.77 ABŞ dolları “İdeal Kredit” BOKT-na və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-686 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 30000 manat plu alınaraq X2 verilməsi təmin olunmalıdır. Qərarlar müvafiq qaydada icraya yönəldilmiş və tələblərin könüllü icrasını təmin etmək üçün borcluya bildirişlər göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-2671 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 13085.77 ABŞ dolları və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-686 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 300000 manat plu alınaraq X2 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsada o, icra şöbəsinə gəlməmişdir. Əlavə olaraq bildirdi ki, icra sənədləri üzrə heç bir ödəmə edilməyib və bir dəfə cərimə olub. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, ondan Xaçmaz rayon məhkəməsinin 2(067)-2671 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 13085.77 ABŞ dolları və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-686 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 300000 manat plu alınaraq X2 verilməsi təmin olunmalıdır. Ona bildirişlər göndərilmişdir. Maddi imkanı olmadığl üçün borcunu ödəməmişdir. Hazırda isə ödəniş etməyə maddi imkanı yoxdur. Tezliklə ödəniş edəcəkdir Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. Barəsində cərimə tənbeh növü seçilməsini xahiş edir. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-2671 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 13085.77 ABŞ dolları “İdeal Kredit” BOKT-na ödənilməsi təmin olunmalıdır. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-686 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 300000 manat plu alınaraq X2 verilməsi təmin olunmalıdır. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. İş materiallarından görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saxlanılaraq tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1983-cü ildə Ermənistan Res-da anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən, saat 16:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-195/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-195/2021
03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver