Məhkəmə qərarları › İş №3(067)-195/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-195/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-195/2023 10.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Xaçmaz RPŞ-nin nümayəndəsi Nurlan Əliyevin, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Quba rayonu Zərdabi kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə daxil olmuş inzibati xətaya dair materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə X2 döymüşdür. Məhkəmədə izahat verən Xaçmaz RPŞ-nin nümayəndəsi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2022-ci il tarixdə X2 döymüşdür. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü nəzərdə tutulmuş inzibati xətanı törətməkdə qismən təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə X2 döyməmişdir, sadəcəona 1 sillə vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs izatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2022-ci il tarixdə onu döyərək 1 ədəd samsunq A13 və 1 ədəd A12 samsunq markalı mobil telefonlarını və 190 manat pulunu zorla alaraq qaçmışdır. Hazırda da Şəxs tələbi odur ki, telefonlarını, pulunu qaytarsın və həyatından çıxsın. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İXM-nin 157 və 237-1-ci maddələri ilə inzibati tədbir görülməsi üçün aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan 26 dekabr 2022-ci il tarixli 708 saylı ekspert rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- sol bazu nahiyyəsinin qançırı bərk küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlərə aiddir. Məhkəmə inzibati xətaya dair materialları, zərərçəkmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarını dinləyib araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 23 (iyirmi üç) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsin əvvəli 08 fevral 2023-cü il saat 01:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar