Məhkəmə qərarları › İş №3(067)-199/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-199/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-199/2024 15.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1970-ci ildə Xaçmaz rayonu, Yekatirinovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Müşkür kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı. xx.xx.2021-ci il tarixli qərarına əsasən 3500 manat cərimə və 2100 manat dəbbə pulunu ödəməyərək icra məmurunun qanuni tələbini icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, Nabran ərazisində yerləşən obyektlərin birində gözətçi işləyərkən obyekt sahibi onun icazəsi ilə həmin obyektin sahibi kimi onun adını sənədlərdə qeyd etmişdir. Bundan sonra karantin rejimi vaxtı Ekologiyanın nümayəndəsi tullantıların daşınması ilə əlaqədar cərimə tətbiq etmişdir. O, maddi imkanı olmadığı üçün cəriməni ödəyə bilmir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsininin xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərarından görünür ki, Şəxs 3500 manat məbləğində cərimə olunmuşdur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə tələbin könüllü icrası barədə xx.xx.2022-ci il tarixli bildiriş təqdim edilmiş və xx.xx.2024-cü il tarixdə xəbərdarlığı təqdim edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin xx.xx.2024-cü il tarixdə izahatı alınmışdır. İş materiallarında olan qərardan görünür ki, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsində xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 05 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı icra sənədi nəzərdən keçirilərək icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. İş materiallarından görünür ki, 20 fevral 2022-ci il tarixdə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən, borclu Şəxs barəsində, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində ictimai işlər inzibati tənbeh növü tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. qəraraaldı: xx xxxxx 1970-ci ildə Xaçmaz rayonunun Yekatirinovka kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) saat müddətində ictimai işlər növündə inzibati tənbeh təyin edilsin. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxsin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar