Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-199/2025 05.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xətaya dair materialın baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq , m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xətaya dair material daxil olmuşdur. Məhkəmə hesab edir ki, inzibati xətaya dair material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıda qeyd olunan normaların tələblərinə əməl olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İXM-nin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəs. AB Y/S 137 mnzil 31 ünvanında pasport qeydiyyatındadır. Beləliklə, daxil olmuş inzibati xəta haqqında materialdan müəyyən olur ki, barəsində inzibati xəıta haqqında protokol tərtib edilmiş şəxs üzərinə düşən öhdəliyi icra etməməklə (yəni hərəkətsizlik göstərməklə) barəsində təyin olunmuş inzibati cəriməni ödəməmişdir. Göründüyü kimi barəsində inzibati protokol tərtib edilmiş şəxsə istinad olunan inzibati xəta hadisəsi Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisində, yəni onun yaşadığı ünvanında baş vermişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılmalı olduğundan inzibati xəta haqqında material aidiyyatı üzrə inzibati xətanın törədildiyi ərazi yurisdiksiyası üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-111, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xətaya dair protokol və ona əlavə edilmiş sənədlər ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-199/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-199/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver