Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-2/2021 03.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının, Barəsində inzibati xəta hqqında icraat aparılan şəxs X1 iştirakları ilə xx xxxxxxxx 1969-cu ildə Xaçmaz rayonunun Qarabağlı kəndində anadan olan, AR vətəndaşı, evli, orta təhsilli, Xaçmaz rayonunun Qarabağlı kəndində yaşayan X1 Xaçmaz RPŞ-nin xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz RPŞ-nin X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə olunmasına dair xx xxxxxx 2020-ci il tarixdə TP ******* saylı qərarı ərtib olunmuşdur. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz RPŞ-nin xx xxxxxx 2020-ci il tarixli,TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəmə iclasında şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 10:44 radələrində Xaçmaz rayon İİ X10 Xidməti inspektoru polis serjantı X3 Xaçmaz yolunun 6-cı kilometrində OPEL Astra markalı **-UJ-*** dövlət nömrə nişanlı avtomaşını tanışı Məzahir Məmmədov idarə edən zaman saxlayaraq onlardan sənəd istəmiş və daha sonra onu maskadan istifadə etməsinə baxmayaraq İXM-nin 211.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə etmişdir. Göstərilənlərə əsasən, Xaçmaz RPŞ-nin xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 barəsində xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarı tərtib etmiş Xaçmaz RPŞ-i məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzürlü səbəblər olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Xaçmaz RPŞ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, X1 AR İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. AR İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. AR İXM-nin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə araşdırması zamanı TP ******* saylı qərarı tərtib etmiş Xaçmaz RPŞ-nin nümayəndəsinin heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasında iştirak etməmiş, X1 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hər hansı bir sübutü məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan, Xaçmaz rayon Polis Şöbəsinin Yol Polisi Xidmətinin inspektoru, polis serjantı X7 tərəfindən X4 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli TP ******* №-li inzibati tənbeh vermə haqqında protokoldan isə sonuncunun İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə qənaətə gəlmək mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilərək, Xaçmaz RPŞ-nin xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarı ləğv olunmalı və iş yenidən baxılması üçün Xaçmaz rayon Polis Şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X1 Xaçmaz RPŞ-nin xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı qərarından şikayəti təmin edilsin. Xaçmaz RPŞ-nin xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunsun və iş yenidən baxılması üçün Xaçmaz rayon Polis Şöbəsinə qaytarılsın. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-2/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-2/2021
03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver