Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-2/2025 08.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 14 noyabr 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək və inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə 22 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərardad qəbul edərək, baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərmişdir. 14 noyabr 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunmuşdur ki, hüquqi şəxs Şəxs 2024-cü ilin mart ayı ərzində Xaçmaz Gömrük İdarəsində “ixrac” gömrük prosedurunda rəsmiləşdirməklə **********5083 saylı gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 3537.71 ABS dolları (6014.10 manat) məbləğində vəsaitin müvəkkil bank hesabına köcürülməməsi ilə bağlı Xaçmaz Gömrük İdarəsində araşdırma aparılmışdır. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar Şəxs MMC-nin hal-hazırda fəaliyyət göstərib-göstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin X1 Sistemindən əldə olunmuş məlumata əsasən, Şəxs MMC-nin xx.xx.2020-ci il tarixdə ********** nömrəli VÖEN-lə hüquqi səxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının ünvan 1liyyətinin aktiv olduğu və rəhbərinin Nümayəndə olduğu məlum olmuşdur. Bundan sonra, Şəxs MMC-nin qeydiyyatda olduğu (ünvan 2 ünvana xx.xx.2024-cü il tarixdə 3-33-1700/2- 002740/2024 saylı bildiriş, həmçinin də şirkətin rəhbəri Nümayəndə yaşadığı ünvana xx.xx.2024-cü il tarixli 3-33-1700/2-003469/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-33- 1700/2-003600/2024 saylı çağırış məktubları göndərilmiş və MMC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 3537,71 ABS dolları (6014,10 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılan araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təsdiqedici sənədlərlə birlikdə Xaçmaz Gömrük idarəsinə gəlməsini təmin etməsi xahiş edilmişdir. İş üzrə 14,11.2024-cü il tarixli “X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Şəxs MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********5083 saylı gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 3537,71 ABŞ dolları (6014.10 manat) məbləğində vəsait Şəxs MMC Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, “AGROBRİDGE" MMC 2024-cü ilin fevral da **********5083 saylı gömrük bəyannaməsi üzrə 3537.71 ABŞ dolları (6014.10 lat) məbləğində vəsaiti bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsini təmin edə bilməmişdir. Bakı səhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 14, mənzil 6 ünavnında evdivvatda olan Şəxs MMC ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada küçürülməli olan 6014.10 (altı min on dörd manat on qəpik) manat valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədə Şəxs MMC Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş şəxs Xaçmaz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X3 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, MMC-nin rəhbərinə xəbərdarlıq edilmişdir. MMC tərəfindən ixrac etdiyi yüklərin müqabilində qaytarılmayan məbləğ qeyd edilmişdir. Vəsaitin böyük hissəsi gəlib, kiçik bir hissəsi isə qayıtmamışdır.Qaytarılmayan vəsaitin məbləği bəllidir. Vəsait müvvəkill bankın hesabına köçürülür. Bank həmin hissəni nəzərə ala bilmir. Ona görə ki, zay olan məhsul barəsində banka məlumat verilmir. Təqdim etdiyi sübutlar nə qədər əsaslı olduğunu məhkəmə tərəfindən qəbul edilərsə buna etirazları yoxdur. İş üzrə barəsində inzibati xəta haqqında protokol aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs nümayəndəsi X4 törədilmiş xətanı qəbul etməyərək izahatında göstərmişdir ki, onlar malı göndərir, digər şirkət də onlara pul ödəyirlər. 32400 ABŞ dolları dəyərində mal göndərilmiş və onların ödədiyi məbləği də bəyan etmişlər. Göndərdikləri malın bir hissəsi onları qane etməmiş, buna görə də məbləği tam şəkildə ödəməmişlər. 3537,71 ABŞ dolları məbləğində vəsaitə görə 143 manat əlavə olaraq ödənilən məbləğlərdir. Ödənilməyən məbləğlər üçün onlara kredit notlar təqdim edilmişdir. Məhsul yaş məhsul olduğuna görə çürümə, zay olma ehtimalı çox yüksəkdir. Bu səbəbdən də vəsait tam olaraq ödənilməmişdir. İlk bəyannaməyə əsasən 45900 ABŞ dolları miqdarında mal ixrac edilib. Bəyannamənin nömrəsi ilə gödərilən kredit notlar eynidir. 45900ABŞ dolları məbləğində məhsuldan 3537.71 ABŞ dolları məbləğində məhsul zay olmuşdur. Kənd təsərrüfatı ilə məşqul olan şirkətlər vergidən azaddır. Bu barədə Prezidentin qərarı var. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta hadisəsi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü ilə başlanmış icraata xitam verilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş 10 oktyabr 2023-cü il tarixli, GT/00001264/23 saylı müqavilədən müəyyən olunur ki, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılan və fəaliyyətini həyata keçirən hüquqi şəxs Şəxs (satıcı) ilə Rusiya Federasiyası qanunvericiliyinə uyğun olaraq yaradılan və fəaliyyətini həyata keçirən hüquqi şəxs «Grand Trade» Səhmdar Cəmiyyəti (alıcı) arasında 10 oktyabr 2023-cü il tarixdə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş «Grand Trade» Səhmdar Cəmiyyəti tərəfindən Şəxsnə ünvanlanmış 29 mart 2024-cü il tarixli, GT-24-021701 nömrəli pretenziyadan müəyyən olunur ki, 10 oktyabr 2023-cü il tarixli, GT/00001264/23 saylı müqaviləyə əsasən GT006/in/24 saylı qaimə-fakturaya uyğun olaraq «Grand Trade» SC “təzə yuvarlaq pomidor” məhsul partiyasını almışdır. Keyfiyyətə və kəmiyyətə nəzarət prosesi zamanı malların çatdırılmasında qüsur aşkar edilmişdir. Bu məqsədlə onlara 3.379.05 ABŞ dolları məbləğində imzalanmış kredit notu onlara göndərilməsi tələb edilmiş, ödənilmədiyi təqdirdə həmin məbləğ alıcının malın ödənilməsi üçün borcuna qarşı əvəzləşdirilməklə ödəniləcəyi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş «Grand Trade» Səhmdar Cəmiyyəti tərəfindən Şəxsnə ünvanlanmış 29 mart 2024-cü il tarixli, GT-24-021702 nömrəli pretenziyadan müəyyən olunur ki, 10 oktyabr 2023-cü il tarixli, GT/00001264/23 saylı müqaviləyə əsasən GT006/in/24 saylı qaimə-fakturaya uyğun olaraq «Grand Trade» SC “təzə yuvarlaq pomidor” məhsul partiyasını almışdır. Keyfiyyətə və kəmiyyətə nəzarət prosesi zamanı malların çatdırılmasında qüsur aşkar edilmişdir. Bu məqsədlə onlara 158.66 ABŞ dolları məbləğində imzalanmış kredit notu onlara göndərilməsi tələb edilmiş, ödənilmədiyi təqdirdə həmin məbləğ alıcının malın ödənilməsi üçün borcuna qarşı əvəzləşdirilməklə ödəniləcəyi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda, yəni maddənin qeyd hissəsində göstərildiyi kimi iyirmi min manatadək olan məbləğdə xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyəti nəzərdə tutur. Lakin məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq müəyyən etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılan və fəaliyyətini həyata keçirən hüquqi şəxs Şəxs (satıcı) ilə Rusiya Federasiyası qanunvericiliyinə uyğun olaraq yaradılan və fəaliyyətini həyata keçirən hüquqi şəxs «Grand Trade» Səhmdar Cəmiyyəti (alıcı) arasında 10 oktyabr 2023-cü il tarixli, GT/00001264/23 saylı müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən GT006/in/24 saylı qaimə-fakturaya uyğun olaraq «Grand Trade» SC “təzə yuvarlaq pomidor” məhsul partiyasını almış, keyfiyyətə və kəmiyyətə nəzarət prosesi zamanı malların çatdırılmasında qüsur aşkar edilmişdir. Bu məqsədlə onlara 3.379.05 ABŞ dolları məbləğində imzalanmış kredit notu onlara göndərilməsi tələb edilmiş, ödənilmədiyi təqdirdə həmin məbləğ alıcının malın ödənilməsi üçün borcuna qarşı əvəzləşdirilməklə ödəniləcəyi «Grand Trade» Səhmdar Cəmiyyəti tərəfindən Şəxsnə ünvanlanmış 29 mart 2024-cü il tarixli, GT-24-021701 nömrəli pretenziyada qeyd olunmuşdur. Həmçinin GT006/in/24 saylı qaimə-fakturaya uyğun olaraq «Grand Trade» SC “təzə yuvarlaq pomidor” məhsul partiyasını almış, keyfiyyətə və kəmiyyətə nəzarət prosesi zamanı malların çatdırılmasında qüsur aşkar edilmişdir. Bu məqsədlə onlara 3.379.05 ABŞ dolları məbləğində imzalanmış kredit notu onlara göndərilməsi tələb edilmiş, ödənilmədiyi təqdirdə həmin məbləğ alıcının malın ödənilməsi üçün borcuna qarşı əvəzləşdirilməklə ödəniləcəyi qeyd olunmuşdur. Beləliklə, qeyd olunan səbəbdən, yəni məhsul partiyasında keyfiyyətə və kəmiyyətə nəzarət prosesi zamanı malların çatdırılmasında qüsur aşkar edilməsi ilə əlaqədar 3.379.05 ABŞ dolları məbləğində imzalanmış kredit notu ödənilmədiyinə görə, həmin məbləğ alıcının malın ödənilməsi üçün borcuna qarşı əvəzləşdirildiyindən, hüquqi şəxs Şəxs MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə **********5083 saylı gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 3537,71 ABŞ dolları (6014,10 manat) məbləğində vəsaiti Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin edə bilməmişdir. Bu isə Şəxs tərəfindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilmədiyini təsdiq edir. Belə olan halda məhkəmə hesab edir ki, protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi inzibati xətanın olmasını və inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün iş üzrə kifayət qədər sübutları məhkəməyə təqdim etmədiyindən, inzibati qanunvericiliyinin təqsirsizlik prezumpsiyası prinsipinə riayət edilməklə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-2/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-2/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver