Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-200/2021 04.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Adıgözəlov Faqil Həsən oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, X1 iştirakları ilə, xx.xx.1967-ci ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Həsənqala kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx xxxx 2021-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Adıgözəlov Faqil Həsən oğlu tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-370/11 saylı xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.1993-cü il təvəllüdlü X6, xx.xx.1994-cü il təvəllüdlü X4, xx.xx.1998-ci il təvəllüdlü X9 və xx.xx.2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 50(əlli) manat, cəmi 200 (iki yüz) manat məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı X5 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. 2021-ci ilin yanvar ayı daxil olmaqla Şəxs aliment borcu cəmi 3190 (üç min yüz doxsan) manat təşkil edir. Şəxs icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, pensiya, təqaüd və ya müavinət, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru Adıgözəlov Faqil Həsən oğlu izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, lakin borclu icra sənədində göstərilən borcundan yalnız hissə-hissə ödənişlər edir. Borcu hər ay 200 manat aliment ödəməyə imkanı olmadığından, cəmi 100 manat ödəyir. X2 əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Borcun əsas hissəsi o səbəbdən yarandı ki, keçmiş arvadı ilə 2011-ci ildə boşanmış və həmin illərdə heç bir yerdə işləmədiyindən aliment ödəyə bilməmişdir. Lakin son vaxtlar işə düzəldiyindən və aylıq 200 manat əmək haqqı aldığından hər ay stabil olaraq tələbkara 100 manat aliment ödəyir. İmkanı olduqca borcu tam ödəməyə çalışacaq. Məhkəmədə tələbkar şəxs izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona Xaçmaz rayon məhkəməsinin 2(067)-370/11 saylı xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən dörd uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 200 manat miqdarında aliment pulu ödəməlidir. Aliment borcunun bir dəfəyə ödənilməsini tələb edir. Hazırda borclunun ona 3190 manat aliment borcu var. Lakin borclu ona hər ay 200 manat yox, 100 manat ödəyir. Son dəfə keçən ay aliment ödəmişdir. İş materiallarından müəyyən olunur ki, icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi Şəxs müntəzəm olaraq ödənişlər etmiş, son dəfə keçən ay, yəni fevral ayında ödəniş etmişdir. Onun məhkəmə qətnaməsini icra etməkdən yayınmamasını, borcu ödəməməsini maddi imkanı ilə bağlı olmasını nəzərə alaraq barəsində başlanılmış inizibati xəta üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilmədiyindən onun barəsində başlanılmış inizibati xəta üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1967-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlamış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-200/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-200/2021
04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver