Məhkəmə qərarları › İş №3(067)-202/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-202/2021

16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-202/2021 16.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, X1, Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin nümayəndəsi Musazadə Aqşin Yusif oğlunun iştirakı ilə, X5 tərəfindən Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN-0460635 nömrəli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X5 məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN-0460635 nömrəli qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2021-ci il tarixli, MN-0460635 nömrəli inzibati xəta haqqında qərara əsasən o, AR İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib Qida X2 Regional Bölməsi tərəfindən hüquqi şəxs qismində 4.000 (dörd) min manat cərimə olunmuşdur. Hesab edir ki, tərtib olunmuş qərar qanunsuz və əsassızdır Belə ki, onun haqqında tərtib edilən protokol və protokol əsasında tərtib edilmiş qərar düzgün tərtib edilməmişdir. Bölmənin işçiləri kafeyə gəldikləri zaman onlarda təmizlik və epidemioloji şərait tam normasında olmuşdur. Kafeyə daxil olan müştərilər maskadan istifadə etməklə və ara məsafəsi saxlamışlar. xx.xx.2021-ci il tarixdə də bölmənin işçiləri reyd keçirilərkən sıxlıq olmamış və ara məsafəsi saxlamışlar. Ona görə də bunları nəzərə alaraq, Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN-0460635 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin nümayəndəsi izahatında göstərmişdir ki, Nazirlər Kabinetinin 237 nömrəli qərarına əsasən xüsusi karantin rejimi dövdündə ictimai iaşə obyektlərində fəaliyyət qaydaları müəyyənləşdirilib. “Fazenda”istirahət iaşə obyekrində müştərilərin sıxlığına dair tələblər pozulmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbeh verilməsi haqqında Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN0460635 nömrəli qərarından verilmiş şikayətin məhkəmə araşdırması zamanı tərəfələrin izahatı və iş materialları ilə müəyyən edilmişdir ki, iş üzrə tərib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN- 0460635 nömrəli inzibati xəta haqqında qərar qəbul olunmasına əsas X5 tərəfindən “Fazenda” ictimai iaşə obyektində” müştərilərin qəbulu zamanı sıxlıq normalarının pozulması olmuşdur. Məhkəmə ilk olaraq qeyd edir ki, iş üzrə tərib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN- 0460635 nömrəli inzibati xəta haqqında qərarda inzibati xətanın mahiyyət ətraflı şəkildə qeyd olunmamışdır. Belə ki, həmin qərarda inzibati xətanın nə vaxt törədildiyi öz əksini tapmamışdır. Bundan əlavə məhkəməyə təsdiq edilmiş 2 ədəd foto şəkillərlə, həmçinin video görüntü ilə qeyd olunan ictimai iaşə obyektində müştərilərin qəbulu zamanı sıxlıq normalarının pozulması hallarının baş verməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 115.1. İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar; 115.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; 115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; 115.1.7. iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; 115.1.8. qərardan şikayət verilməsi müddəti və qaydası. 115.2. İnzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. 115.3. İnzibati xətaya görə inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində məcburi müalicənin tətbiqi məsələsi hakim tərəfindən həll edilir. 115.4. İnzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır: 115.4.1. dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir; 115.4.2. dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir; 115.4.3. maddi sübut hesab edilən sənədlər inzibati xəta haqqında işdə müəyyən edilmiş saxlama müddəti ərzində saxlanılır və ya sahibinə verilir; 115.4.4. alınmış orden, medal, döş nişanları onların qanuni sahibinə qaytarılır, qanuni sahib müəyyən edilmədikdə isə müvafiq icra hakimiyyəti orqanına göndərilir. 115.5. İnzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır. Bununla yanaşı Azərbaycan Respublikasının İXM-nin 101.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; Bundan başqa iş materiallarında olan inzibati xətaya dair MN-0409685 nömrəli xx.xx.2021-ci il tarixli protokolda inzibati xətanı müəyyən edən sübutlar kimi yalnız xx.xx.2021-ci il tarixli baxış aktına istinad olunmuşdur. Foto və video görüntüyə isə protokolda ümumiyyətcə istinad olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məlumatlar göndərilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İXM-nin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli və Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli MN- 0460635 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli MN-0460635 nömrəli qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar