Məhkəmə qərarları › İş №3(067)-203/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-203/2021

15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-203/2021 15.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Adıgözəlov Faqil Həsən oğlunun, zərərçəkmiş şəxs (tələbkar) – Zərərçəkmiş şəxs qızının, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1967-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, rəsmi olaraq işləməyən, Xudat şəhəri, Əbilov küçəsi, ev 39 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-cı maddəsi ilə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Xaçmaz rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(067)-2520/2016 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx xxxx 2004-cü il təvəllüdlü X3 və X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər bir uşaq üçün 80 manat olmaqla cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq X1 verilməsi qət olunmuşdur. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 4000 manat aliment borcu vardır. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf etməyərək bildirmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(067)-2520/2016 saylı icra vərəqəsinə əsasən ondan xx xxxx 2004-cü il təvəllüdlü X3 və xx xxx 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər bir uşaq üçün 80 manat olmaqla cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq X1 verilməsi qət olunmuşdur. Hal-hazırda onun ödənilməmiş 4000 manat aliment borcu vardır. O, icra məmurunun cağırışlarından yayınmamış və hissə-hissə aliment borcunu ödəmişdir. O, 2020-ci ilin yanvar ayından hal-hazırki vaxtadək aliment borcunu ödəmiş və ödəməkdə davam etdiyini bildirmişdir. İnzibati xəta protokolunu tərtib etmiş Xaçmaz Rayon İcra Şöbəsinin icra məmuru Adıgözəlov Faqil Həsən oğlu göstərmişdir ki, Xaçmaz rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(067)-2520/2016 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx xxxx 2004-cü il təvəllüdlü X3 və xx xxx 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər bir uşaq üçün 80 manat olmaqla cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq X1 verilməsi qət olunmuşdur. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 4000 manat aliment borcu vardır. Şəxs 2020-ci ilin yanvar ayından halhazırki vaxtadək aliment borcunu ödəmiş və ödəməkdə davam etdiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs (tələbkar) – Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Xaçmaz rayon məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(067)-2520/2016 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx xxxx 2004-cü il təvəllüdlü X3 və xx xxx 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər bir uşaq üçün 80 manat olmaqla cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq ona, yəni Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Lakin borclu Şəxs keçən müddət ərzində mütəmadi olaraq aliment ödənişlərini gecikdirmiş və tam şəkildə ödəməmiş, nəticədə onun 4000 manat aliment borcu yaranmışdır. Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Xaçmaz rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(067)-2520/2016 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx xxxx 2004-cü il təvəllüdlü X3 və xx xxx 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər bir uşaq üçün 80 manat olmaqla cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs alimenti ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun ödənilməmiş 4000 manat aliment borcu vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, ş materiallarında olan qəbzdən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-cı maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə Şəxs inzibati tənbeh növü təyin edərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində həbs inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar