Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-205/2021 05.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ İ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından 5 saylı Regional Ekologiya və X7 tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ : X1 rayon Məhkəməsinə şikayətlə müraciət edərək AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəisi Rafiq Ədilov tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2017-ci il tarixli, 68 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(067)-603/2020 saylı qərarına əsasən X2 şikayəti təmin edilərək, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəisi Rafiq Ədilov tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2017-ci il tarixli, 68 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə qaytarılmışdır. 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Qafar Ağayev tərəfindən apelyasiya şikayəti verilərək, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəisi Rafiq Ədilov tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2017-ci il tarixli, 68 saylı qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(105)-553/2020 saylı qərarı ilə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından 5 saylı Regional Ekologiya və X7 tərəfindən verilmiş şikayət və toplanmış inzibati xəta haqqında material birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə hesab edir ki, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 05 saylı Regional Ekologiya və X6 rəisi vəzifəsini müvəqqəti icra edən Qafar Ağayev tərəfindən verilmiş şikayət geri qanunvericiliyin tələblərinə müvafiq qaydada verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, İcra haqqında AR Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2017-ci il tarixli qərarına əsaən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından 5 saylı Regional Ekologiya və X7 tərəfindən verilmiş şikayət qanunvericiliyin tələblərinə müvafiq qaydada tərtib olunmaqla aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə verilməsi üçün geri qaytarılmalı, qərardan şikayət verən orqana Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından Xaçmaz Rayon Məhkəməsinə, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(067)-603/2020 saylı qərarından isə Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 133-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından 5 saylı Regional Ekologiya və X7 tərəfindən verilmiş şikayət qanunvericiliyin tələblərinə müvafiq qaydada tərtib olunmaqla aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə verilməsi üçün geri qaytarılsın. Qərardan şikayət verən orqana Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından Xaçmaz Rayon Məhkəməsinə, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(067)-603/2020 saylı qərarından isə Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-205/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-205/2021
05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver