Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-205/2022 26.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 iştirakı ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xaçmaz rayonunun Ağaşirinoba kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(067)-161/2021 saylı qətnaməsinə əsasən 05 may 2017-ci il təvəllüdlü X1 və 17 iyun 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər bir uşağ üçün 100 manat olmaqla cəmi 200 manat sabit məbləğində alimentin Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmənin 05 fevral 2021-ci il tarixli, 2(067)-161/2021 saylı qətnaməsi icraya yönəldilmişdir. Lakin borclu Şəxs Xaçmaz rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(067)- 161/2021 saylı icra vərəqəsi üzrə tələbi üzürsüz səbəbdən icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 izahat verərək göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(067)-161/2021 saylı qətnaməsinə əsasən 05 may 2017-ci il təvəllüdlü X2 və 17 iyun 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər bir uşağ üçün 100 manat olmaqla cəmi 200 manat sabit məbləğində alimentin Şəxs tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra vərəqəsinin icrası ilə bağlı tərəfindən borcluya dəfələrlə rəsmi bildirişlər göndərilərək xəbərdarlıq edilmişdir. Lakin borclu Şəxs keçən müddət ərzində çağırışlara gəlməkdən yayınmaqla və ödəniş etməməklə icra sənədini üzürsüz səbəbdən icra etmədiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Borclu Şəxs hazırda tələbkar Zərərçəkmiş şəxs olan aliment borcu 3340 (üç min üç yüz qırx) manat təşkil edir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(067)- 161/2021 saylı qətnaməsinə əsasən 05 may 2017-ci il təvəllüdlü X1 və 17 iyun 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit məbləğində alimentin ondan tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. O, həmin aliment borcunu vaxtlı-vaxtında və tam ödəmədiyindən onun alimentə görə 3340 (üç min üç yüz qırx) manat borcu yaranmışdır. Həmin borcu ödəməkdən qəsdən yayınmamışdır. Belə ki, o 2-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı yaralandığı üçün heç bir yerdə işləyə bilmir. Hazırda pensiya düzəltmək üçün bütün sənədləri düzəltməyə çalışdığını bildirmişdir. Qeyd olunanları nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə vermiş tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(067)-161/2021 saylı qətnaməsinə əsasən 05 may 2017-ci il təvəllüdlü X2 və 17 iyun 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər bir uşağ üçün 100 manat olmaqla cəmi 200 manat sabit məbləğində alimentin Şəxs tutularaq ona verilməsi təmin edilməlidir. Bundan öncə də borclu inzibati qaydada bir neçə dəfə məhkəməyə gətirilmiş və məhkəmənin qərarlarına əsasən barəsində 500 (beş yüz) manat məbləğlərində inzibati tənbeh növü cəzası təyin edilmişdir. Lakin borclu həmin inzibati tənbehdən heç bir nəticə çıxarmamışdır və borclunun alimentə görə hal-hazırda qalıq borcu, 3340 manat təşkil edir. Borclu bir ayda 120 və 150 manat məbləğlərində pulu onun hesabına göndərmişdir. Lakin o, həmin pulu götürməkdən imtina edərək onun özünə geri qaytarmışdır. Hazırkı mərhələdə o, borcunu bir dəfəyə ödənilməsini, ödəyə bilmirsə barəsində inzibati həbs növündə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 26 yanvar 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin N yanvar 2021-ci il tarixli, 221 saylı arayışından görünür ki, N nömrəli hərbi hissəsində hərbi qulluqçu, kiçik çavuş Şəxs, 07 oktyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissədə müayinə olunmuş “MPZ. Barotravma. Qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi. Sağ budun küt travması” diaqnozu qoyularaq müvafiq yardım göstərilmişdir. İş materiallarında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin N yanvar 2021-ci il tarixli, 422 saylı travma haqqında arayışının surətindən görünür ki, Şəxs 07 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Mina partlayış zədələnməsi. Barotravma. Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Sağ budun küt travması” ilk yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyə olunmuşdur. İş materiallarında olan ********** saylı 30.11.2021-ci il tarixli və ********* saylı 27.12.2021-ci il tarixli poçt qəbzlərindən görünür ki, Şəxs X3 müvafiq olaraq 150 manat və 120 manat pul göndərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı iştirak edərək xəsarət alması məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxsin barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 500 (beş yüz) manat cərimə inzibati tənbeh təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №3(067)-205/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-205/2022
26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver