Məhkəmə qərarları › İş №3(067)-206/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-206/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-206/2021 29.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx.xx.1990-cı ildə Xaçmaz rayonunun Hacıməmmədoba kəndində olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun, Hacıməmmədoba kəndində yaşayan X2 Xaçmaz rayon X7 Polisi Xidmətinin TP ******* saylı xx xxxxxxx 2020-ci il tarixli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz rayon X7 Polisi Xidməti tərəfindən X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə olunmasına dair xx xxxxxxx 2020-ci il tarixdə TP ******* saylı qərar qəbul edilmişdir. X4 qərardan şikayət verərək, Xaçmaz rayon X7 Polisi Xidmətinin TP ******* saylı xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasında şikayəti onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 2020- il tarixdə saat 16:47 radələrində Gəndob Yalama yolunun 26-cı kilometrliyində post qurub dayanan İİ Tağımın YPX inspektoru polis serjantı X3 onu saxlayaraq onun və sərnişinin maskadan istifadə etmədiklərini bildirmiş və İXM-nin 211.2-ci maddəsi ilə protokol tərtib edərək onu 100 manat məbləğində cərimə etmişdir. Lakin o, tibbi maskadan istifadə etmişdir. İİ Tağımın ispektoru polis sercantı X3 heç bir sübut göstərmədən bir başa protokollaşma apararaq qərar qəbul etmişdir. Göstərilənlərə əsasən, Xaçmaz rayon X7 Polisi Xidmətinin TP4014790 saylı protokolu əsasında verilmiş xx xxxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzürlü səbəblər olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 3(067)-974/2020 saylı qərarı ilə X2 Xaçmaz rayon X7 Polisi Xidmətinin TP ******* saylı xx xxxxxxx 2020-ci il tarixli qərarından şikayəti təmin edilərək, Xaçmaz rayon X7 Polisi Xidmətinin TP ******* saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. YPXA-nın İİ tağımının YPX inspektoru, polis serjantı X3 qərardan apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(105)-82/2021 saylı qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(067)-974/2020 saylı qərarı ləğv edilmiş, İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən iş mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılması üçün yenidən Xaçmaz Rayon Məhkəməsinə qaytarılmışdır. İş üzrə məhkəmə iclası xx xxxx 2021-ci il tarixlərə və xx xxxx 2021-ci il tarixlərə təyin edilmiş, Baş X8 İdarəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə TP ******* saylı iş üzrə inzibati xəta protokolunun və digər zəruri sübutların təqdim edilməsi barədə sorğu verilmiş, o cümlədən YPXA-nın İİ tağımının YPX inspektoru, polis serjantı X1 mobil nömrəsinə işdə iştirakının təmin edilməsi üçün SMS bildiriş göndərilmişdir. Lakin, TP ******* saylı iş üzrə inzibati xəta protokolu və digər zəruri sübutlar məhkəməyə təqdim edilməmiş və YPXA-nın İİ tağımının YPX inspektoru, polis serjantı X1 məhkəmə iclasında iştirakı qərarından şikayət verilən orqan tərəfindən təmin edilməmişdir. Buna görə də, məıhkəmə tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(105)- 82/2021 saylı qərarından müəyyən edilmiş halların aydınlaşdırılması mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və X2 İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hər hansı bir sübüt məhkəməyə təqdim edilməmişdir. İş materiallarından isə sonuncunun İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə qənaətə gəlmək mümkün deyildir. Belə olduğu halda, məhkəmə hesab edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(105)-82/2021 saylı qərarında müəyyən edilən göstərişlərə riayət edilməsinin təmin edilməsi və İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən iş mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılması, üçün Xaçmaz rayon X7 Polisi Xidmətinin TP ******* saylı xx xxxxxxx 2020-ci il tarixli qərarından X2 şikayəti təmin edilməli və Xaçmaz rayon X7 Polisi Xidmətinin TP ******* saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilərək, iş yenidən araşdırılması üçün Xaçmaz rayon Polis Şöbəsinə qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 , 117, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Xaçmaz rayon X7 Polisi Xidmətinin TP ******* saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. . İşin yenidən baxılmaq üçün Xaçmaz rayon Polis Şöbəsinə qaytarılsın. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar