Məhkəmə qərarları › İş №3(067)-207/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-207/2021

06.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-207/2021 06.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X3 iştirakı ilə xx.xx.1980-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Xudat şəhəri H.Aslanov küçəsi ev 32-də yaşayan Şəxs barəsində Azərb. Res-sı İXM-nin 227-ci maddəsi ilə Xaçmaz rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə günorta saat 15 radələrində ünvan 1 ünvanında yaşayan X1 yaşadığı fərdi yaşayış evindən ümumi dəyəri 50 manat olan 5 ədəd toyuq, 2 ədəd köhnə su mühərriki və usta alətləri, xx.xx.2020-ci il tarixdə saat 09 radələrində Xudat şəhəri, Vidadi küçəsi ev 3 ünvanında yaşayan X1 fərdi yaşayış evindən ümumi dəyəri 90 manat olan 3 ədəd elektrik direly, xx.xx.2020-ci il tarixində gecə saat 02 radələrində Xudat şəhəri, İ.Məmmədov küçəsi ev 26 ünvanında yaşayan Muxlisə Sadıqovanın evinin həyətindən ümumi dəyəri 100 manat olan 10 ədəd toyuq və 4 ədəd hind quşu, xx.xx.2020ci il tarixdə gecə saat 03 radələrində Xudat şəhəri, Vidadi küçəsi ev 5 ünvanında yaşayan X2 evindən 35 manat dəyərində qol saatı və xx.xx.2020-ci il tarixdə gecə saat 02 radələrində Xaçmaz rayonu, köhnə Xudat kəndində yaşayan X4 həyətindən ümumi dəyəri 90 manat olan 3 ədəd hind quşunu gizli yolla oğurlamışdır. Məhkəmədə izahat vermiş Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə günorta saat 15 radələrində ünvan 1 ünvanında yaşayan X1 yaşadığı fərdi yaşayış evindən ümumi dəyəri 50 manat olan 5 ədəd toyuq, 2 ədəd köhnə su mühərriki və usta alətləri, xx.xx.2020-ci il tarixdə saat 09 radələrində Xudat şəhəri, Vidadi küçəsi ev 3 ünvanında yaşayan X1 fərdi yaşayış evindən ümumi dəyəri 90 manat olan 3 ədəd elektrik direli, xx.xx.2020-ci il tarixində gecə saat 02 radələrində Xudat şəhəri, İ.Məmmədov küçəsi ev 26 ünvanında yaşayan Muxlisə Sadıqovanın evinin həyətindən ümumi dəyəri 100 manat olan 10 ədəd toyuq və 4 ədəd hind quşu, xx.xx.2020ci il tarixdə gecə saat 03 radələrində Xudat şəhəri, Vidadi küçəsi ev 5 ünvanında yaşayan X2 evindən 35 manat dəyərində qol saatı və xx.xx.2020-ci il tarixdə gecə saat 02 radələrində Xaçmaz rayonu, köhnə Xudat kəndində yaşayan X4 həyətindən ümumi dəyəri 90 manat olan 3 ədəd hind quşunu gizli yolla oğurlamışdır. Əməlindən peşmandır və ona inzibati həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş inzibati xəta haqqında protokollarla sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs inzibati tənbeh növü təyin edərkən, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirib, məsuliyyəti ağırlaşdıran halların olmamasını, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində ictimai işlər inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası İXM-nin 43- 48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona 160 (yüz altmış) saat ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Qərarın icrasına nəzarət Şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar