Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-207/2022 21.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X6, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Xaçmaz rayonu Xudat Mənzil Kommunal Təsərrüfat İdarəsinin rəisi X4 iştirakları ilə, Xaçmaz rayonu Xudat Mənzil Kommunal Təsərrüfat İdarəsinin rəisi X4 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : Xaçmaz rayonu Xudat Mənzil Kommunal Təsərrüfat İdarəsinin rəisi X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən yazılmış və Xaçmaz rayonu Xudat şəhər Mənzil Kommunal Təsərrüfat İdarəsinin rəisi X4 cərimə edilməsinə dair 06 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Xaçmaz rayonu Xudat Mənzil Kommunal Təsərrüfat İdarəsinin rəisi X7 şikayəti onunla əsaslandırılmışdır ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-cu il tarixli, MN-1119400 saylı inzibati xəta haqqında qərarı ilə Xaçmaz rayon İstisu qəsəbəsi ərazisində yerləşən bərk məişət tullantıları poligonundan kənara tullantıların tökülməsi nəticəsində qanunsuz zibilxananın əmələ gəlməsinə görə Xaçmaz rayon Xudat şəhər Mənzil Kommunal Təsərüffat İdarəsinin rəisi kimi onu Azərbaycan Respublikası İXM-in 271-ci maddəsinə əsasən inzibati xəta törətməkdə təqsirli bilmiş, buna görə də onu 2500 manat cərimə etmişdir. (Əsas: Xaçmaz RPŞ Xudat PŞ-nin ******* saylı, xx.xx.2021-ci il tarixli İX haqqında material üzrə protokolu) Hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021cu il tarixli, MN-1119400 saylı inzibati xəta haqqında qərarı əsassızdır, maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli sərəncamı ilə Müqtədir İƏD nümayəndəliyinin xx.xx.2016-cı il tarixli, 08 nömrəli məktubunu nəzərə alaraq məişət tullantılarının yığılması və zərərsizləşdirilməsi məqsədi ilə rayonun Sabiroba kəndinə gedən yolun sağ tərəfində 1 hektar sanitar poliqonu üçün 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin razılığı da nəzərə alınaraq torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsindən 2016cı ildən istifadə olunmuş, həmin əraziyə İstisu (Müqtədir) qəsəbəsinin sakinləri, ərazidəki digər kəndlərin sakinləri, Nabran istirahət zonasında yerləşən ictimai iaşə və digər sənaye müəsissələrinin əməkdaşları tərəfindən zibil tökülmüşdür. Nəzərə çatmışdır ki, o, xx.xx.2021-ci il tarixdə Xaçmaz rayon Xudat şəhər Mənzil Kommunal Təsərüffat İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur, o, rəis təyin olunduqdan sonra belə idarənin əməkdaşları tərəfindən qeyd edilən ərazidən kənara zibil tullama halları olmamışdır. Qeyd edilən əraziyə Xaçmaz rayon Xudat şəhər Mənzil Kommunal Təsərüffat İdarəsinin rəisi vəzifəsinə təyin olunmamışdan öncə zibilin tökülməsi hallarının baş verməsindən də xəbərsizdir. Hazırki inzibati xətanı o, törətmədiyimdən, əməlində inzibati xətanın tərkibi olmadığından barəsində vəzifəli şəxs kimi inzibati tənbeh tədbiri görülməsi düzgün deyildir. Buna baxmayaraq 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən o, vəzifəli şəxs kimi cərimə edilmişdir. Məhkəmə iclasında izahat verən edən şikayətçi X7 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 ifadə verərək qeyd olunan protokolun və qərarın düzgün olaraq tərtib edildiyini və dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon İcra hakimiyyətinin Başçısının Xudat Mənzil Kommunal Təsərüfatı İdarəsinin 04 may 2021-ci il tarixli əsasnaməsindən görünür ki, Xudat Mənzil Kommunal Təsərrüfatı İdarəsi Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin tərkibindən ayrılması nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Xaçmaz rayon İcra hakimiyyətinin Başçısının 04 may 2021-ci il tarixli, 54 saylı sərəncamına əsasən yaradılmışdır. Xaçmaz rayon İcra hakimiyyətinin Başçısının 04 may 2021-ci il tarixli, 54 saylı sərəncamına əsasən idarə Xaçmaz rayon İcra hakimiyyətinin Başçısının tabeliyindədir. İdarənin hüquqi ünvanı Xudat şəhəridir. İş materiallarında olan Xudat Mənzil Kommunal Təsərüfatı İdarəsinin 04 may 2021ci il tarixli əsasnaməsinin 3.3-cü bəndinə əsasən idarənin məqsədi Xudat şəhərində təmizliyə və sanitariya abadlıq qaydalarına əməl olunması, balansında olan dövlət və mənzil fondunun texniki istismarı və mənzil fondundan istifadəsinə nəzarət, park, küçə və xiyabanlarda, o cümlədən inzibati binaların fasad hissəsində quraşdırılmış bütün işıqlanma sistemlərinə xidmət göstərilməsi və müvafiq infrastrukturun inkişafı ilə bağlı digər işləri yerinə yetirilməsinin təmin edilməsindən ibarətdir. Xaçmaz rayonu Xudat Mənzil Kommunal Təsərrüfat İdarəsi tərəfindən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Xudat MKTİ üçün Xaçmaz rayon “İsti-Su” İ.Ə.D ərazisində bərk məişət tullantıların tökülməsi üçün Xaçmaz rayon İ.H.-nin xx.xx.2016-cı il tarixli 89 saylı sərəncamı ilə 1 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin mühafizəsi və işləmək üçün Xudat MKTİ tərəfindən 3 nəfər işçi ayrılmışdır. Eyni zamanda tullantıların bir yerə toplanması üçün buldozer ekskavatordan istifadə olunur. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 89 saylı, xx.xx.2016-cı il tarixli sərəncamından görünür ki, Müqtədir qəsəbə İƏD ərazisində bərk məişət tullantılarının zərərsizləşdirilməsi məqsədilə sanitar poliqonunun yaradılması məqsədə müvafiq hesab edilmiş, sanitar poliqonu üçün dövlət ehtiyat fonduna aid torpaqlardan 1 hektar torpaq sahəsinin ayrılması və torpaq ayırma sənədlərinin hazırlanması məqsədilə komissiya yarüadılmışdır. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının İstisu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 30 iyun 2022-ci il tarixli, 11 saylı məktubdan görünür ki, İstisu İƏD ərazisindəki məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu dövlət fondu torpaqlarına aiddir. İstisu bələdiyyəsi ilə Xudat yaşıllaşdırma idarəsi arasında 01 iyul 2016cı il və 20 aprel 2017-ci illərdə poliqona tullantıların daşınmasına görə müqavilə bağlanmışdır. 01 yanvar 2018- ci ildən hal-hazırki dövrə kimi tərəflər arasında müqavilə olmamışdır. Eləcə də Xaçmaz rayonu Xudat Mənzil Kommunal Təsərrüfatı ilə İstisu bələdiyyəsi arasında məişət tullantılarının tökülməsi ilə bağlı müqavilə olmamış və hazırda da yoxdur. Xaçmaz rayonunun İstisu Bələdiyyəsinin 30 iyun 2022-ci il tarixli, 57 saylı məktubundn görünür ki, İstisu İƏD-si ərazisindəki məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu dövlət fondu torpaqlarına aiddir. İstisu bələdiyyəsi ilə Xudat yaşıllaşdırma idarəsi arasında 01 iyul 2016-cı il və 20 aprel 2017-ci illərdə poliqona tullantıların daşınmasına görə müqavilə bağlanmışdır. 01 yanvar 2018-ci ildən hal-hazırki dövrə kimi tərəflər arasında müqavilə olmamışdır. Eləcə də Xaçmaz rayonu Xudat Mənzil Kommunal Təsərrüfatı ilə İstisu bələdiyyəsi arasında məişət tullantılarının tökülməsi ilə bağlı müqavilə olmamış və hazırda da yoxdur. İş materiallarından görünür ki, Xaçmaz rayonu Xudat Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisi X2 rayon polis şöbəsinin Xudat polis bölməsinə verdiyi izahatında inzibati xəta hadisəsinin onun göstərişi ilə törədilməsini etiraf etmiş, həmçinin Xudat polis bölməsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokola imza etmişdir. Xaçmaz rayonu Xudat Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisi X2 rayon İstisu qəsəbəsi ərazisində yerləşən bərk məişət tullantıları poliqonundan kənara tullantıların tökülməsi nəticəsində qanunsuz zibilxana yaranmasına görə öz günahını etiraf etmişdir. Qeyd olunanlardan göründüyü kimi, məhkəmə araşdırması zamanı inzibati xətanın baş verməsini sübut edən sənədlər və digər materiallar məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-207/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-207/2022
21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver