Məhkəmə qərarları › İş №3(067)-207/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-207/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-207/2023 14.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Şeyx Şamil küçəsi ev 3-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(067)-2115/2019 saylı icra sənədinə əsasən 2100 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(067)-2115/2019 saylı icra sənədinə əsasən Şəxs 20 iyun 2019-cu ildən hesablanmaqla bir uşağın saxlanması üçün hər ay 120 manat aliment alınaraq X3 verilməlidir. Borclu tərəfindən aliment ödənişləri edilmiş, lakin lazımınca və vaxtında ödənilmədiyindən 2100 manat aliment borcu yaranmışdır. Borclu sonuncu dəfə 2022-ci ilin dekabr ayında 70 manat aliment ödəmişdir. Tələbkar yaranmış aliment borcunu tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, tələbkara bir uşağın saxlanması üçün hər ay 120 manat aliment ödəməlidir. O, aliment ödənişləri etmiş, lakin hər ay müəyən edilmiş miqdarda ödəmədiyindən 2100 manat aliment borcu yaranmışdır. O, uşağının saxlanması üçün aliment ödəməkdən boyun qaçırmır. Maddi imkanı səbəbindən alimenti ödəyə bilməmiş və borcu yaranmışdır. Həmçinin bildirmişdir ki, o, yaranmış aliment borcundan hazırda 500 manat ödəyə bilər. Qalan məbləği də hissə-hissə ödəyəcəkdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Borclu məhkəmə iclas zalında 2100 manat aliment borcundan 500 (beş yüz) manat pul vəsaitini ödəmək üçün təqdim edir, həmin pul vəsaiti icra məmuru Faqil Adıgözəlov tərəfindən depozit üçün qəbul edilir. Məhkəmə iclasında zərərçəkən şəxs izahatında bildirmişdir ki, borclu Şəxs ona bir uşağın saxlanması üçün hər ay 120 manat aliment ödəməlidir. Lakin borclu ona alimenti lazımi qaydada ödəməyib və sonuncunun ona 2100 manat aliment borcu yaranmışdır. Həmçinin bildirmişdir ki, o, borclunun hazırkı məhkəmə iclasında aliment borcu ilə bağlı təqdim etdiyi 500 manat aliment borcunu qəbul etmir, o, aliment borcunu tam olaraq, yəni 2100 manat borcun hamısını bir dəfəyə tələb edir. Çünki borclu bu vaxtadək alimenti qaydasında ödəməməsi ilə onun üçün çətinliklər yaratmışdır. O istəyir ki, aliment borcu tamamilə ödənilsin və bundan sonra aliment hər ay qaydasında ödənilsin. O, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində həbs inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(067)-2115/2019 saylı icra sənədinə əsasən Şəxs 20 iyun 2019-cu ildən hesablanmaqla bir uşağın saxlanması üçün hər ay 120 manat aliment alınaraq X3 verilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1994-cü ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 14 fevral 2023-cü il tarixdən, saat 12:20-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar