Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-209/2022 14.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Xaçmaz rayon X8 X9 nümayəndəsi inzibati təcrübə üzrə inspektoru X4, X1 iştirakları ilə, 27 aprel 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan X3 13 dekabr 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X1 13 dekabr 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 13 dekabr 2021-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində, saat 15:39 radələrində idarə etdiyi “KİA CERATO” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə elektron tərtib edilmiş EQ seriyalı ******* qərar çıxarılmışdır. Belə ki, həmin vaxt işıqforun yaşıl işığında hərəkət edərək protokol tərtib olunan yerdə sağa dönməklə Ekspress Bankın qarşısındakı həyətə hərəkət etmək istəmişdir. Ancaq həyətə giriş hissəsini ford markalı yük avtomobili yolu tam bağladığı üçün ani dayanmalı olmuşdur. Yük avtomobili manevr edərək vəziyyətdən çıxamağa çalışarkən avtomobilini geriyə sürmüşdür. Baş verə biləcək qəzadan yayınmaq üçün o, özü də öz növbəsində maşınını təhlükəsizlik tələblərinə əməl etməklə geriyə sürmüşdür. Ford markalı yük avtomobili həyətə girişi azad etdikdən sonra manevrini tamamlayaraq avtomaşınını həyətə park etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən barəsində tərtib edilmiş 13 dekabr 2021-ci il tarixli, EQ seriyalı ******* saylı qərar ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən X2 şikayət ərizəsinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, qərarın ləğv edilməsini xahiş etmişdir. Xaçmaz rayon X8 X9 nümayəndəsi inzibati təcrübə üzrə inspektoru X7 göstərdi ki, X5 13 dekabr 2021-ci il tarixdə idarə etdiyi “KİA CERATO” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xaçmaz şəhəri N.Nərimanov küçəsində hərəkətdə olarkən Azərbaycan Respublikası Yol Hərəkəti haqqında Qanunun 60-cı maddəsinin ikinci hissəsində göstərilmiş tələbləri pozmuşdur. Buna görə də, barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun tədbir görülmüşdür. İnzibati xəta haqqında qərarın qüvvədə qalmasını xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən həmin ərazidə yerləşdirilmiş kamera vasitəsi ilə foto şəkilləri çəkilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, İlqar Mizəyevin barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qanuni və əsaslıdır. Onun ləğvi üçün heç bir əsas yoxdur, ona görə də ərizənin təmin olunmamasını xahiş edir. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 13 dekabr 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 dekabr 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 13 dekabr 2021-ci il tarixdə X5 idarə etdiyi “KİA CERATO” markalı ** CP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yol nişanlarının tələblərinə riayət etməmişdir. Buna əsasən X5 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsinin İİ hissəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); Həmin Qanunun 76-cı madddəsinin İV hissəsinə əsasən svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. Beləliklə də, sürücü X5 yolayrıcına daxil olarkən, qarşıda olan maneəni görməli olduğu halda, ona lazimi diqqət yetirməmiş və nəticədə Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsinin İİ hissəsinin və 76-cı maddəsinin İV hissəsinin tələblərini pozmuşdur. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 13 dekabr 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 13 dekabr 2021-ci il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-209/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-209/2022
14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver