Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-209/2023 13.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Şikayət verən şəxs X1 iştirakı ilə X1 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN №1288105 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X3 məhkəməyə müraciət edərək 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehvermə haqqında xx.xx.2022-ci il tarixli, MN №1288105 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunun Bayoba kəndi ərazisində onun və ailə üzvlərinin xüsusi mülkiyyətində 1,37 ha pay torpaq sahəsi vardır, həmin torpağa mülkiyyət hüquqları JN 535 saylı, 30209087 kodlu Dövlət Aktı ilə rəsmləşdirilmişdir. Qeyd olunan torpaq sahəsinə gedən yolunun üstündə, yəni kənarında vaxtilə 20 ədəd albalı və 5 ədəd qoz ağacı tingi basdırmış, orada hazırda həmin ağaclar böyümüşdür. Albalı ağaclarının 2 ədədi yola tərəf əyildiyindən yoldan traktor və maşınlar keçə bilməmişdir. Bu səbəbdən qeyd olunan 2 ədəd albalı ağacının gövdə hissəsi 2 metr hündürlüyündə saxlanılmaqla yola tərəf əyilmiş hissəsini budamışdır. Başqa sözlə, o, ağacları məhv etmək məqsədilə kəsməmiş və onları kökdən çıxarmamış və yerini dəyişdirməmişdir. Şikayətə əlavə etdiyi fotoşəkillərdən də görünür ki, 2 metr hündürlüyündə gövdəsi saxlanılan ağacların həmin hissədə inkşafı davam edir, şüyləri 1 metrə yaxın uzanmışdır. Xaçmaz rayon Hacıəlibəy bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 9 nömrəli arayışı ilə də təsdiq olunur ki, qeyd olunan ərazidə mövcud olan 20 ədəd albalı ağacı və 5 ədəd qoz ağacı həqiqətən də onun tərəfindən əkilmiş və onlara o, qulluq etmişdir. Bu səbəbdən də 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehvermə haqqında 05 iyul 2022-ci il tarixli qərarı qanuni və əsaslı deyildir, ona görə də həmin qərar ləğv edilməlidir. Göstərilənlərə əsasən, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbehvermə haqqında xx.xx.2022-ci il tarixli, MN №1288105 saylı qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Həmçinin həmin ağacların onun mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini bildirmiş, bundan əvvəl verdiyi hazırkı şikayəti Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, o, məhkəmənin həmin qərarından apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəsinin qərarına əsasən Xaçmaz Rayon Məhkəməsinin qeyd olunan qərarı dəyişdirilmədən saxlanılmışdır. Lakin o, qərarları qanunsuz hesab edir, o öz pay torpağında əkdiyi ağacları budamasına görə cərimə olunmuşdur. Ona görə də məhkəmələrin qərarlarının olmasına baxmayaraq, onun şikayətinə baxılaraq təmin edilməli olduğunu hesab edir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qərarından şikayət verilmiş tərəfin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 3(067)-1098/2022 saylı qərarından müəyyən edilir ki, X3 bundan əvvəl də hazırkı şikayətlə məhkəməyə müraciət etmiş, məhkəmənin qeyd olunan qərarı ilə şikayəti təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 3(105)-447/2022 saylı qərarından müəyyən edilir ki, X1 Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(067)-1098/2022 saylı qərarından verdiyi apellyasiya şikayəti təmin edilməyərək, Xaçmaz rayon məhkəməsinin qeyd olunan qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə, inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN №1288105 saylı qərarından verdiyi şikayət üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : X1 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN №1288105 saylı qərarından verdiyi şikayətlə əlaqədar inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-209/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-209/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver