Məhkəmə qərarları › İş №3(067)-210/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-210/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-210/2023 15.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1970-ci ildə Xaçmaz rayonunun Hacıəlibəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonunun Hacıəlibəy kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(067)-1398/2021 saylı qətnaməsinə əsasən borclu Şəxs 10 yanvar 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat məbləğində sabit pul şəklində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. Abşeron rayon məhkəməsinin qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Lakin borclu Həqiqi X4 rayon məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(067)- 1398/2021 saylı icra vərəqəsi üzrə tələbi üzürsüz səbəbdən icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 ifadə verərək bildirdi ki, Xaçmaz rayon məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(067)-1398/2021 saylı qətnaməsinə əsasən borclu Şəxs 10 yanvar 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat məbləğində sabit pul şəklində alimentin tutularaq X3 verilməsi təmin edilməlidir. Alimentin tutulma vaxtı 09 iyun 2021-ci il tarixdən hesablanır. Xanımın verdiyi ərizəsinə əsasən bildirmişdir ki, beşinci aya qədər ödənişləri tam etmişdir, heç bir borcu olmamışdır. Borclunun ödənilməmiş 1150 (bir min yüz əlli) manat məbləğində aliment borcu olmuşdur. Sonradan tələbkar ödənilməməsi ilə bağlı ərizə ilə müraciət etdikdən sonra borlu həmin yaranmış borcdan cəmi 100 manat ödəniş etmiş, bununla da borclunun tələbkara olan borcu 1050 (bir min əlli) manat təşkil edir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, , Xaçmaz rayon məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(067)- 1398/2021 saylı qətnaməsinə əsasən ondan 10 yanvar 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat məbləğində sabit pul şəklində alimentin tutularaq X3 verilməsi təmin edilməlidir. İş dayandığından ödəniş edə bilməmişdir. Daş karxanasında rəsmi çilingər işləmiş, sonra iş bağlanmışdır. Sonradan başqa Quduyalçayda daş karxanasına gedərək orda işləməyə başlamışdır. Həmin işdə ancaq rəsmi işçi kimi işə götürülə bilinməməmişdir, sonradan həmin işdə bağlanmışdır. Qubada işə baxılarkən ondan hər ay nə qədər aliment ödəyə biləcəyi ilə bağlı ondan soruşulduqda o, hər ay 100 manat ödəyə biləcəyini demişdir. Həmin vaxt orda 100 manat aliment ödənişi ilə bağlı razı olması ilə bağlı soruşulduqda tələbkar həmin məbləğlə razı olduğunu bildirmişdir. İşdən 2022-ci ilin iyun ayında işdən çıxmışdır. Daimi iş yeri olmadığından, iş olanda həftədən həftəyə bir dəfə işə çağırılaraq işləyərək dolandığını demişdir. Bundan əlavə olaraq qeyd edərək ayın birindən rəsmi olaraq daş karxanasına işə çağırıldığını və işlədikcə hər ay ödənişlərini edəcəyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh növünü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 15 fevral 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi və törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 500 (beş yüz) manat cərimə inzibati tənbeh təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar