Məhkəmə qərarları › İş №3(067)-211/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-211/2021

05.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-211/2021 05.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Dədəli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri üzrə daxil olmuş inzibati xətaya dair materiala baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə inzibati xətaya dair material tərtib edilərək baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx xxxxxx 2021-ci il tarixdə saat 09:38 radələrində «VAZ 21154» minik markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən DYPX əməkdaşı tərəfindən saxlanılmışdır, yoxlama zamanı müəyyən olmuşdur ki, sürücü təhlükəsizlik kəmərini bağlamadan avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1, 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1, 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilərək göstərmişdir ki, o, xx xxxxxx 2021-ci il tarixdə saat 09:38 radələrində «VAZ 21154» minik markalı **-NC- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən DYPX əməkdaşı tərəfindən saxlanılmışdır, yoxlama zamanı müəyyən olmuşdur ki, sürücü təhlükəsizlik kəmərini bağlamadan avtomobili sərxoş vəziyyətdə idarə etmiş və barəsində müvafiq protokol tərtib edilmişdir. Törətdiyi əməllərdən peşman olduğunu qeyd etmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli alcovisor qəbzindən görünür ki, sürücüdə alkoqolun miqdarı 0,421 % promildir. Qəbzin üzərində olan əl yazılarından görünür ki, Şəxs gecə saatlarında spirtli içki hesab olunan “GO” içkisini qəbul etmiş, səhər isə avtomobili idarə etmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli 25 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktı”ndan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 09:35-də müayinədən keçmiş və onda yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbayсan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1, 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi onun özünün etirafı, inzibati xəta haqqında İXP ******* saylı protokolla və digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırma inzibati məsuliyyəti nəzərdə tutulub. İş materiallarında olan məhkəmə elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs himayəsində 3 azyaşlı övladı vardır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə hesab edir ki, Şəxs himayəsində 3 azyaşlı övladının olması yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: xx.xx.1988-ci ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar