Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-214/2021 01.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 5 X6 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli MN №0758702 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X5 məhkəməyə müraciət edərək bildirmişdir ki, o, 5 X6 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli MN №0758702 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM- 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. İnzibati qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 5 X6 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli MN №0758702 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək ona 2000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh təyin edilmişdir. Qərarda göstərilir ki, Xudat şəhəri, Əbilov küçəsində bioloji inkşafda olan bir ədəd qaysı(ərik) cinsinə mənsub ağacı E və TSN-nin rəyi olmadan kəsərək məhv etməsi olmuşdur. Qərarla razı deyildir. Qərarda göstərilən ağacı o, özü 2016-cı ildə əkmiş, illər ərzində ona aqrotexniki qulluq göstərsə də, ağac öz-özünə qurumuşdur. Ona görə də qərara gəlmişdir ki, qurumuş ağacı kəsib yerində yeni ağac əksin. 16.02. 2021-ci ildə o, həmin ağacı kəsərək yerinə 2 illik albalı ağacı əkmişdir. Onun kəsdiyi ağacın qurumasına baxmayaraq 5 X6 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları əraziyə gələrək saxta protokol tərtib etmişlər ki, kəsdiyi ağac guya bioloji inkşafda olan ağac olmuşdur. Kəsdiyi ağacın quruması faktını yaxın qonşularının iştirakı ilə tərtib edilmiş Akt ilə də öz təsdiqini tapır. xx xxxxxx 2021-ci il tarixdə ağacı kəsdikdə, ekologiya idarəsinin əməkdaşları gəlib yerində akt və protokol tərtib edərək sənədləri imzalamağı ona təklif etmişlər. O isə, ilk öncə onlarla razılaşmayıb, ona görə ki, ağacın quruması səbəbindən onu kəsmişdir. Bu səbəbdən nə aktı, nə də ki protokolu imzalamışdır. Növbəti günlərdə onu idarəyə dəvət etmişlər və orada izah etdilər ki, ağac kəsdiyinə görə onu cəmi 180 manat cərimə edəcəklər. Həmin məbləğ onun üçün az olmasa da, cərimə ilə razılaşdı və hansısa sənədlərə imza etdi. O inanmışdır ki, ağac kəsdiyinə görə cəmi 180 manat cərimə ödəyəcək və bununla da məsələ həll olunacaq, bu səbəbdən də idarənin əməkdaşlarına inanıb sənədə imza etdi. O, sənədlərə imza etdikdə onların məzmunu ilə tanış deyildi, ona görə ki, milliyyətcə ləzgidir və azərbaycan dilindən yazı yazıb oxumağı bacarmır. Sənədləşmə zamanı isə ona tərcüməçi təqdim edilməyib. Lakin 180 manat cəriməni ödədikdən sonra, ona məlum oldu ki, 5 X6 və Təbii Sərvətlər İdarəsinin qərarı ilə ona əlavə 2000 manat cərimə yazılıb. Bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və X3 X4 işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında xx.xx.2021-ci il tarixli MN №0758702 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5 X6 və təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbəh verilməsi haqqında 5 X6 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli MN №0758702 saylı qərarından müəyyən olunur ki, X5 Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsinin tələblərini pozduğuna görə 2000 (iki min) manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 128.1.-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3.-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İş materiallarında olan poçt qəbzindən görünür ki, X5 inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2021-ci il tarixdə almış, qərardan şikayəti isə xx.xx.2021-ci il tarixdə tərtib edərək, xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə məhkəməyə göndərmişdir. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə işdə iştirak edən, X4 işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. İş materiallarında olan X2 izahatından görünür ki, izahatın mətni azərbaycan dilinin latın əlifbası ilə yazılsa da, imza X5 tərəfindən kiril hərfləri ilə icra olunub, izahatın kim tərəfindən alınması göstərilməyib və izahat alınarkən tərcüməçinin iştirakı təmin olunmayıb. İş materiallarında olan xx.xx.2021-ci il tarixli BPM**********72 saylı ödəniş tapşırığından görünür ki, X5 tərəfindən 5 X6 və təbii Sərvətlər İdarəsinin bank hesabına “inzibati cərimə” adı ilə 180 manat pul ödənilmişdir. Azərbaycan Respublikasının İXM-nin 134.1.4.-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məlumatlar göndərilir. Azərbaycan Respublikasının İXM-nin 135.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar biridə Məcəllənin 135.1.6-cı maddəsində qeyd olunub: 135.1.6.-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 5 X6 və təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli MN №0758702 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət qismən təmin edilsin. 5 X6 və Təbii Sərvətlər İdarəsinin X5 barəsində olan inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli MN №0758702 saylı qərar ləğv edilsin və iş yenidən baxılması üçün 5 X6 və təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-214/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-214/2021
01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver