Məhkəmə qərarları › İş №3(067)-214/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-214/2022

14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-214/2022 14.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, Şəxs Müzəffər oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Müzəffər oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsi ilə tərtib olunmuş inzibati materialdan görünür ki, o, Vaz 21011 markalı 27BT081 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən barəsində inzibati xəta haqqında (EQ-7277372) protokol tərtib edilərək cərimə olunmasına dair qərar çıxarılmışdır. Lakin o, barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən həmin Məcəllənin 529.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan inzibati xəta haqqında (İXP-4382189) protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə poçt vasitəsi ilə məhkəmə bilrişi göndərilmiş, bildirişin üzərində şəxs vəfat edib qeydi ilə geri qaytarılmışdır. Bundan başqa elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs Müzəffər oğlu 24.02.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsinə əsasən. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə işin icraatına xitam verilir. Şəxs Müzəffər oğlunun barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1956-cı il təvəllüdlü Şəxs Müzəffər oğlunun barəsində olan ((İXP-4382189) inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar