Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-214/2023 16.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 оьлунун katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Dağıstan küçəsi ev 34, mənzil 9-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(067)-2928/2019 saylı icra sənədinə əsasən 6113 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(067)- 2928/2019 saylı icra sənədinə əsasən Şəxs 23 sentyabr 2019-cu ildən hesablanmaqla üç uşağın saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat aliment alınaraq X2 verilməlidir. Borclunun hazırda 6113 manat aliment borcu vardır, bir ilə yaxındır ki, aliment ödəmir. Borcluya aliment ödəməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənəsini icra etməmişdir. Həmçinin bildirmişdir ki, bundan da əvvəl – 2022-ci ilin fevral ayında - hazırkı icra sənədi ilə əlaqədar borclunun barəsində məhkəmənin qərarı ilə inzibati həbs tənbehi tətbiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, tələbkara üç uşağın saxlanılması üçün hər ay cəmi 240 manat aliment ödəməlidir. Əvvəllər o, rəsmi iş yerində işləmiş və aliment ödəmişdir. Sonradan isə rəsmi iş yeri olmadığından, hazırda isə harada iş olarsa fəhləlik edib gündəlik az miqdarda qazanc əldə etdiyindən alimenti ödəyə bilməmişdir. Rəsmi iş yeri olan kimi alimenti ödəyəcəkdir. Lakin hazırda onun alimentlə bağlı ödəniş etməyə maddi imkanı yoxdur. Həmçinin bildirmişdir ki, ona vaxt verilərsə alimenti ödəyəcəkdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(067)-2928/2019 saylı icra sənədinə əsasən Şəxs 23 sentyabr 2019-cu ildən hesablanmaqla üç uşağın saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat aliment alınaraq X2 verilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 16 fevral 2023-cü il tarixdən, saat 11:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-214/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-214/2023
16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver