Məhkəmə qərarları › İş №3(067)-215/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-215/2021

01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-215/2021 01.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə, “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Xaçmaz RPŞ-nin DYPB tərəfindən xx xxxxxx 2021-ci il tarixdə “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə AP №0112774 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, “xxxx” MMC-yə məxsus olan **-AC-*** dövlət nömrə nişanlı Kamaz 5320 markalı avtomobilin sürücüsü xx.xx.2021-ci il tarixdə saat 09:29-da Qendob-Xaçmaz yolunun Bakı istiqamətinin 20-ci kilometrində İXM-ninn 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta törədilən zaman nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatları əldə etmək üçün Xaçmaz RPŞ-nin DYPB tərəfindən “Pak-Nur” firmasının ünvanına poçt vasitəsilə inzibati xətalar haqqında işlər üzrə bildirişlər göndərilmiş və həmin bildirişlər xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə şirkətin ünvanında qəbul edilmişdir. Buna baxmayaraq, “Pak-Nur” firması tərəfindən Xaçmaz RPŞ-nin DYPB-nə heç bir məlumat verilməyib. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Bununla da, “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan “xxxx” MMC və Xaçmaz RPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “xxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, tərtib edilmiş inzibati xəta haqqında protokolla və inzibati xəta üzrə təqdim olunmuş sənədlərlə sübuta yetirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “xxxx” MMC törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “xxxx” MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar